“Pezident İlham Əliyevin Türkiyə Prezidenti Ərdoğanla görüşünün Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində, regionda yeni siyasi və təhlükəsizlik reallıqlarının formalaşdığı bir mərhələdə keçirilməsi Azərbaycan-Türkiyə müttəfiqliyinin daha geniş regional kontekstdə əhəmiyyətini ön plana çıxarır. Tərəflərin regional sülh və sabitliyin möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparması da bu baxımdan xüsusi diqqət çəkir”.
Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

R.Bayramovun sözlərinə görə, Azərbaycan və Türkiyə münasibətlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu əlaqələr yalnız siyasi bəyanatlar səviyyəsində qalmayıb, keçən dövr ərzində müdafiə, enerji, nəqliyyat, iqtisadiyyat və diplomatiya sahələrində çoxşaxəli əməkdaşlıq sistemi formalaşdırılıb: “Bu baxımdan “Bir millət, iki dövlət” anlayışı da siyasi ritorikadan daha artıq məzmun qazanaraq iki ölkənin strateji maraqlarının əhəmiyyətli hissəsinin üst-üstə düşdüyünü nümayiş etdirir. Bişkekdə liderlərin ölkələrin həm xoş, həm də çətin günlərdə bir-birinin yanında olduğunu xüsusi vurğulaması da məhz bu siyasi etimadın ifadəsidir. Bu yanaşmanın Azərbaycan-Ermənistan münasibətlərinə təsiri də ayrıca əhəmiyyət daşıyır. Türkiyə uzun illərdir Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən əsas tərəfdaşlardan biridir. Eyni zamanda Ankara ilə Bakı Cənubi Qafqazda davamlı sülhün yaranmasının regional əməkdaşlıq üçün mühüm şərt olduğunu qəbul edir. Azərbaycan-Ermənistan münasibətlərində normallaşma istiqamətində irəliləyişlərin əldə edildiyi hazırkı mərhələdə Türkiyənin Azərbaycanın yanında olması rəsmi Bakının mövqeyinə siyasi dayanıqlıq qazandıran amillərdən biridir. Burada məqsəd sülh prosesinin sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması kimi fundamental prinsiplər əsasında irəliləməsini dəstəkləməkdir. Bununla yanaşı, Bakı-Ankara münasibətlərinin mühüm xüsusiyyəti həm də ondan ibarətdir ki, tərəflər regiondakı proseslərə təkcə təhlükəsizlik prizmasından yanaşmırlar. Azərbaycan və Türkiyə arasında nəqliyyat və enerji layihələri Cənubi Qafqazı Mərkəzi Asiya və Avropa ilə bağlayan daha böyük geoiqtisadi sistemin formalaşmasına xidmət edir. Bu baxımdan regional sabitlik hər iki ölkə üçün yalnız siyasi məqsəd deyil, həm də iqtisadi və strateji layihələrin davamlılığı üçün zəruri şərtdir. Bişkek görüşünün mühüm mesajlarından biri də məhz budur ki, Azərbaycan-Türkiyə müttəfiqliyi dəyişən regional şərtlərə uyğun olaraq yeni məzmun qazanır. Əgər əvvəllər əsas diqqət Azərbaycanın təhlükəsizliyinin və ərazi bütövlüyünün dəstəklənməsinə yönəlirdisə, indi əməkdaşlığın gündəliyində regional sülh, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və iqtisadi inteqrasiya kimi məsələlər daha böyük yer tutur.Bu səbəbdən Bişkek görüşünü həm Azərbaycan və Türkiyənin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması məsələsində koordinasiyalı mövqeyini nümayiş etdirmək baxımından, həm də iki ölkənin regional proseslərə birgə yanaşmasının davamlı xarakter daşıdığını göstərmək baxımından mühüm hesab etmək olar”.
Şəhanə Qədirli
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
Ən son xəbərləri səhifəmizdən də izləyin