Türkiyəli məşhur komediya ustası Cem Yılmazın keçirdiyi infarktla bağlı müzakirələr davam edərkən, onun bəzi fotolarında qulaq məməsində görünən xətt də diqqət çəkib. Həkim M. Türker Pabuçcu bu görüntülərdən sonra "Frank əlaməti” kimi tanınan bu xətt barədə açıqlama verib.
Həkimin sözlərinə görə, qulaq məməsində diaqonal xətt şəklində görünən "Frank əlaməti” bəzi elmi araşdırmalarda ürək-damar xəstəlikləri və koronar arteriya problemləri ilə əlaqələndirilib. Bu əlamətin xüsusilə ürək-damar xəstəlikləri riski yüksək olan insanlarda daha çox müşahidə oluna biləcəyi bildirilir.
Tibb elmləri doktoru, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Azxeber.com-a açıqlamasında deyib ki, bunu tamamilə əsassız bir müşahidə hesab etmək olmaz:
"Frank əlaməti” deyilən qulaq məməsindəki diaqonal büküş tibbdə uzun illərdir məlumdur və koronar aterosklerozla əlaqəsi barədə kifayət qədər elmi araşdırma mövcuddur. Yəni bunu tamamilə əsassız bir müşahidə hesab etmək olmaz. Ancaq buradan ‘qulağında bu xətt olan insan infarkta yaxındır’ nəticəsini çıxarmaq elmi cəhətdən qətiyyən doğru deyil.
Frank əlaməti infarktın nə diaqnozudur, nə də onun birinci, ikinci və ya digər "mərhələsini” göstərir. Bu əlamət sağlam insanlarda da ola bilər, ciddi koronar xəstəliyi olan bir çox insanda isə ümumiyyətlə olmaya bilər. Ona görə qulaqdakı xəttə baxaraq insanın infarkt keçirəcəyini proqnozlaşdırmaq mümkün deyil”.
O qeyd edib ki, infarkt bəzən əvvəlcədən heç bir xarici əlamət vermədən də baş verə bilər:
"İnfarkt riskini müəyyənləşdirərkən bizim üçün əsas olan yaş, siqaret istifadəsi, arterial təzyiq, şəkərli diabet, xolesterin və digər lipid göstəriciləri, artıq çəki, fiziki aktivlik, ailədə erkən ürək-damar xəstəliyinin olması və artıq mövcud aterosklerotik xəstəlik kimi sübut olunmuş risk faktorlarıdır. Lazım gəldikdə bunlara laborator və instrumental müayinələr əlavə edilir. Ən vacibi isə budur ki, infarkt bəzən əvvəlcədən heç bir xarici əlamət vermədən də baş verə bilər. Sinədə sıxıcı və ya yandırıcı ağrı, ağrının sol qola, çənəyə, kürəyə yayılması, qəfil nəfəs darlığı, soyuq tər, ürəkbulanma və izah olunmayan ciddi halsızlıq kimi əlamətlər meydana çıxarsa, qulaqdakı xəttin olub-olmamasına baxmadan təcili tibbi yardım tələb olunur. Yəni Frank əlamətinə "infarktın xəbərçisi” kimi deyil, ən yaxşı halda həkimin ümumi risk qiymətləndirməsində diqqət edə biləcəyi əlavə fiziki müşahidələrdən biri kimi yanaşmaq lazımdır”.
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
Ən son xəbərləri səhifəmizdən də izləyin