Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Hindistanın Baş naziri Narendra Modinin görüşü iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsi baxımından diqqət çəkir. Bu görüşü daha geniş tarixi kontekstdə nəzərdən keçirdikdə isə Azərbaycan Səfəvi hökmdarı Şah İsmayılla Hindistanda Böyük Moğol dövlətinin qurucusu Babur arasında XVI əsrin əvvəllərində formalaşan əlaqələr yada düşür. Həmin dövrdə Şah İsmayıl Səfəvi və Babur arasında siyasi və hərbi ittifaq qurulmuş, sonrakı mərhələdə bu münasibətlər Səfəvi–Moğol əlaqələrinin tarixi başlanğıcına çevrilib.
Pravda.az-a açıqlama verən AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Tofiq Nəcəfli qeyd edib ki, XVI əsrin əvvəllərində Yaxın Şərq və Mərkəzi Asiyanın siyasi xəritəsində baş verən mühüm dəyişikliklər Azərbaycan Səfəvi dövləti ilə Teymuri şahzadə Zəhirəddin Məhəmməd Babur arasında siyasi və hərbi əlaqələrin yaranmasına səbəb olub.

O bildirib ki, bu münasibətlər, ilk növbədə, Səfəvi hökmdarı Şah İsmayıl Səfəvi (1501–1524) ilə sonralar Hindistanda Böyük Moğol dövlətinin əsasını qoymuş Babur (1483–1530) arasında 1510–1512-ci illərdə formalaşmış hərbi-siyasi ittifaqla bağlı idi: “Şah İsmayıl ilə Babur arasındakı ittifaq uzunmüddətli siyasi birlik yaratmasa da, XVI əsrin əvvəllərində Səfəvi dövlətinin Mərkəzi Asiya siyasətinin mühüm nümunəsi hesab edilə bilər. Şah İsmayılın Babura verdiyi hərbi dəstək Səfəvilərin Xorasan və Mavəraünnəhrə qədər uzanan siyasi maraqlarını nümayiş etdirirdi. Baburun 1526-cı ildə Böyük Moğol imperiyasının əsasını qoyması ilə Səfəvi-Babur münasibətləri artıq iki hökmdarın şəxsi ittifaqından çıxaraq Səfəvi–Moğol dövlətlərarası münasibətlərinin tarixi başlanğıc mərhələsinə çevrildi. Sonrakı dövrdə bu əlaqələr xüsusilə Baburun oğlu Hümayunun hakimiyyəti zamanı daha da inkişaf edərək Şah Təhmasiblə Hümayun arasında mühüm siyasi-hərbi ittifaq formalaşacaqdı. Beləliklə, əsrlər əvvəl başlayan tarixi təmaslardan təxminən beş əsr sonra Bakının Dehli ilə münasibətlərində yenidən canlanma müşahidə olunur. Bişkek görüşü də bu baxımdan Azərbaycan-Hindistan əlaqələrinin yeni siyasi və diplomatik müstəvidə istiləşməsinin göstəricisi kimi qiymətləndirilə bilər”.
Şəhanə Qədirli
15 Oktyabr 11:49
15 Oktyabr 11:47
15 Oktyabr 11:41
15 Oktyabr 11:33
15 Oktyabr 11:27
15 Oktyabr 11:22
15 Oktyabr 11:14
15 Oktyabr 11:12
15 Oktyabr 11:02
15 Oktyabr 10:59
15 Oktyabr 10:53
15 Oktyabr 10:44
15 Oktyabr 10:32
15 Oktyabr 10:27
15 Oktyabr 10:23
15 Oktyabr 10:21
15 Oktyabr 10:12
15 Oktyabr 10:07
15 Oktyabr 10:05
15 Oktyabr 09:49
15 Oktyabr 09:36
15 Oktyabr 09:10
15 Oktyabr 09:05
15 Oktyabr 09:04
15 Oktyabr 09:03
15 Oktyabr 08:57
15 Oktyabr 08:51
15 Oktyabr 08:49
15 Oktyabr 08:44
15 Oktyabr 08:43
15 Oktyabr 08:41
15 Oktyabr 08:36
15 Oktyabr 08:33
15 Oktyabr 08:30
15 Oktyabr 08:25
15 Oktyabr 07:59
15 Oktyabr 06:47
15 Oktyabr 06:44
15 Oktyabr 06:37
15 Oktyabr 06:30
15 Oktyabr 06:28
15 Oktyabr 06:25
15 Oktyabr 06:23
15 Oktyabr 06:21
14 Oktyabr 22:56
14 Oktyabr 22:44
14 Oktyabr 21:07
14 Oktyabr 19:38
14 Oktyabr 19:20
14 Oktyabr 19:19
14 Oktyabr 19:16
14 Oktyabr 19:15
14 Oktyabr 19:13
14 Oktyabr 19:12
14 Oktyabr 19:10
14 Oktyabr 19:06
14 Oktyabr 18:58
14 Oktyabr 18:37
14 Oktyabr 18:34
14 Oktyabr 18:27
14 Oktyabr 18:20
14 Oktyabr 18:17
14 Oktyabr 18:12
14 Oktyabr 18:11
14 Oktyabr 18:07
14 Oktyabr 18:01
14 Oktyabr 17:56
14 Oktyabr 17:47
14 Oktyabr 17:45
14 Oktyabr 17:39
14 Oktyabr 17:32
14 Oktyabr 17:29
14 Oktyabr 17:20
14 Oktyabr 17:16
14 Oktyabr 17:09
14 Oktyabr 17:07
14 Oktyabr 16:57
14 Oktyabr 16:45
14 Oktyabr 16:37
14 Oktyabr 16:36
14 Oktyabr 16:27
14 Oktyabr 16:21
14 Oktyabr 16:20
14 Oktyabr 16:13
14 Oktyabr 16:11
14 Oktyabr 16:05
14 Oktyabr 15:54
14 Oktyabr 15:51
14 Oktyabr 15:44
14 Oktyabr 15:39
14 Oktyabr 15:25
14 Oktyabr 15:17
14 Oktyabr 15:16
14 Oktyabr 15:05
14 Oktyabr 14:58
14 Oktyabr 14:54
14 Oktyabr 14:52
14 Oktyabr 14:44
14 Oktyabr 14:43
14 Oktyabr 14:41
14 Oktyabr 14:34
14 Oktyabr 14:30
14 Oktyabr 14:29
14 Oktyabr 14:26
14 Oktyabr 14:26
14 Oktyabr 14:25
14 Oktyabr 14:09
14 Oktyabr 14:07
14 Oktyabr 14:03
14 Oktyabr 13:50
14 Oktyabr 13:46
14 Oktyabr 13:36
14 Oktyabr 13:23
14 Oktyabr 13:13
14 Oktyabr 13:08
14 Oktyabr 12:52
14 Oktyabr 12:49
14 Oktyabr 12:35
14 Oktyabr 12:33
14 Oktyabr 12:25
14 Oktyabr 12:23
14 Oktyabr 12:16
14 Oktyabr 12:04
14 Oktyabr 11:59
14 Oktyabr 11:55
14 Oktyabr 11:47
14 Oktyabr 11:45
14 Oktyabr 11:42
14 Oktyabr 11:40
14 Oktyabr 11:33
14 Oktyabr 11:33
14 Oktyabr 11:25
14 Oktyabr 11:24
14 Oktyabr 11:22
14 Oktyabr 11:15
14 Oktyabr 11:06
14 Oktyabr 11:02
14 Oktyabr 10:59
14 Oktyabr 10:55
14 Oktyabr 10:55
14 Oktyabr 10:54
14 Oktyabr 10:51
14 Oktyabr 10:51
14 Oktyabr 10:49
14 Oktyabr 10:49
14 Oktyabr 10:44
14 Oktyabr 10:39
14 Oktyabr 10:36
14 Oktyabr 10:34
14 Oktyabr 10:26
Ən son xəbərləri səhifəmizdən də izləyin