BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeronda daha bir ailənin evi uçurduldu

Abşeron rayonunun Mehdiabad qəsəbəsində Füzuli rayonundan olan məcburi köçkün ailəyə məxsus fərdi yaşayış evi sökülüb.

 

Pravda.az xəbər verir ki, evi Abşeron Rayon Məhkəməsinin qərarı ilə icraçılar söküb.

 

Ev sahibi Gülşən Mirzəyeva bildirib ki, 0.2 hektar olan torpaq sahəsini 2006-cı ildə 5 min manata alıblar: “Biz də həmin vaxt bir otaqdan ibarət fərdi yaşayış evi tikdik. Ailədə 6 nəfərik. Abşeron Rayon Məhkəməsi bizi məhkəməyə dəvət etmədən qərar çıxarıb. Guya torpaq sahəsi başqa şəxsə məxsusdur. Qərarla biz evdən çıxmalıyıq. Sənədləri təqdim edirəm, deyirlər, belə sənəd olmaz. Sənəd deyilsə, bunu mənə niyə veriblər. Oktyabrın 23-də evi yerlə-yeksan etdilər, evdə ola-ola bir şey edə bilmədik. 13 ildir, burada yaşayırıq, torpağı aldığmız Adil Nəcəfov adlı şəxs indiyədək harada idi bəs?! Mənə saxta sənəd veriblərmiş... Amma necə ola bilər ki, evi tikəndə xəbərləri olmayıb. Kommunal xərcləri də vaxtında ödəmişik. Qətnaməni tələb edirik, vermirlər. Vəkillə müqavilə bağlamağa pulumuz da yoxdur. 2018-ci ildən bu məsələ var idi. Ona görə Azərbaycan Prezidentinin köməkçisi Dilarə Seyidzadənin qəbuluna getdim, mənə dedi ki, narahat olma, evinizi sökə bilməzlər, hətta Abşeron Rayon İcra Hakimiyyətinə zəng edərək tapşırıq verdi. Baş Nazirin müavini Əli Əhmədovun da qəbulunda olmuşdum, o da demişdi ki, narahatlığa əsas yoxdur, ev sökülə bilməz. Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bizə dedi ki, eviniz sökülməyəcək. Yəni, hamı bizi arxayın etdi. Amma ev sökülməmişdən 2-3 gün öncə Abşeron Rayon İcra Hakimiyyətinə getdim, məni içəri buraxmadılar. İndi bu soyuq havada həyətdə yaşayırıq. Belə vəziyyətdə uşaqları məktəbə necə göndərim?”.

 

G.Mirzəyeva qeyd edib ki, mənzillə təmin edilməsi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib: “Mənzillə təmin edəcəklərini dedilər. Amma hələ də xəbər yoxdur”.

Fotoları təqdim edirik
Tarix: 12 Noyabr 2019, 09:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin