Xəbər verdiyimiz kimi, Müğənni Şəbnəm Tovuzlunun verilişdə səhhəti ilə bağlı danışarkən dəmir səviyyəsinin aşağı olmasının səbəbi barədə səsləndirdiyi fikirlər müzakirələr doğurub. Belə ki, müğənni bildirib ki, tez-tez təyyarə ilə səyahət etmək orqanizmdə dəmiri azaldır.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən hematoloq Saleh Rzayev bildirib ki, son dövrlərdə təyyarə ilə uçuşun orqanizmdə dəmir və ferritin səviyyəsini azaltdığı, nəticədə qanazlığı yaratdığı barədə fikirlərə rast gəlinir.

O qeyd edib ki, mövcud elmi məlumatlar adi kommersiya uçuşlarının dəmir ehtiyatlarını azaltdığını və ya dəmir defisitli anemiyaya səbəb olduğunu təsdiqləmir: “Təyyarə yüksəklikdə hərəkət edərkən salonun təzyiqi dəniz səviyyəsindəkindən aşağı olur və kabin təzyiqi təxminən 1800–2400 metr yüksəklikdəki şəraitə uyğun ola bilər. Bunun nəticəsində qanda oksigenin parsial təzyiqi və saturasiyası müəyyən qədər azalır. Bu, sağlam insanlarda adətən yaxşı kompensasiya olunan yüngül və müvəqqəti hipoksik təsirdir. Burada vacib məqam odur ki, hipoksiya dəmirin orqanizmdən itirilməsi demək deyil. Əksinə, uzunmüddətli və davamlı hipoksiya zamanı böyrəklərdə eritropoetin istehsalı artır, eritropoez stimullaşır və orqanizmin dəmirə tələbatı yüksələ bilər. Bu mexanizm yüksək dağlıq ərazilərdə uzun müddət yaşayan insanlarda daha əhəmiyyətlidir. Bir neçə saatlıq adi təyyarə uçuşunu isə bu vəziyyətlə eyniləşdirmək düzgün deyil”.
S.Rzayev vurğulayıb ki, ferritin orqanizmin dəmir ehtiyatlarını əks etdirən əsas laborator göstəricilərdən biridir: “Uçuş zamanı ferritinin və dəmir ehtiyatlarının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olacaq fizioloji mexanizm və bunu təsdiqləyən yetərli klinik sübut yoxdur. Ferritinin aşağı olması aşkar edilirsə, ilk növbədə qidalanmada dəmir çatışmazlığı, menstrual və ya digər xroniki qan itkiləri, mədə-bağırsaq sistemi xəstəlikləri, sorulma pozğunluğu, hamiləlik və dəmirə tələbatın artdığı digər vəziyyətlər araşdırılmalıdır. Digər tərəfdən, ferritin kəskin faza zülalıdır. İnfeksiya və iltihab zamanı arta bildiyindən nəticənin CRP və digər klinik-laborator göstəricilərlə birlikdə qiymətləndirilməsi vacibdir. Buna görə yalnız serum dəmirinə baxaraq dəmir defisiti diaqnozu qoymaq da doğru yanaşma deyil, hemoqlobin, MCV, MCH, ferritin, transferrin saturasiyası və lazım gəldikdə CRP birlikdə dəyərləndirilməlidir. Nəticə olaraq təyyarə ilə uçuş zamanı kabin təzyiqinin azalması qısa müddətli hipoksiyaya səbəb ola bilər, lakin “təyyarə adamdakı dəmiri və ferritini çəkir, buna görə qanazlığı yaranır” fikrinin elmi əsası yoxdur. Tez-tez uçan şəxsdə dəmir defisiti və ya anemiya aşkarlanarsa, bunu avtomatik olaraq uçuşla əlaqələndirmək əvəzinə onun əsas səbəbi araşdırılmalıdır”.
Şəhanə Qədirli
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
Ən son xəbərləri səhifəmizdən də izləyin