BURADA REKLAMINIZ OLA
BİLƏR

İki günlük hava PROQNOZU

Sentyabrın 4-ü və 5-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 28-30 dərəcə isti olacağı gözlənilir.

 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

 

O bildirib ki, bölgələrdə də əksər rayonlarda yağmursuz hava şəraiti proqnozlaşdırılır: “Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın maksimal temperaturu aran rayonlarında 28-33, dağlıq ərazilərdə 19-24 dərəcə isti olacaq”.

Tarix: 3 Sentyabr 2026, 12:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin