BURADA REKLAMINIZ OLA
BİLƏR

Kalsiumla zəngin qidalar hansılardır?

Kalsium orqanizmdə sümüklərin və dişlərin möhkəmliyi ilə yanaşı, əzələlərin fəaliyyəti, qan laxtalanması, ürək döyüntülərinin və sinir sisteminin normal işləməsi üçün vacib mineraldır.

 

Pravda.az bildirir ki, əsas kalsium mənbələri arasında süd və süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar, çərəzlər və bəzi balıq növləri yer alır. İspanaq, kələm, brokoli, noxud, lobya, mərci, fındıq, qoz, küncüt və tahin də kalsiumla zəngin qidalar sırasındadır.

 

Yetkin insanın gündəlik kalsium ehtiyacı təxminən 800–1000 mq təşkil edir. Balanslı və nizamlı qidalanma bu ehtiyacın qarşılanmasına kömək edə bilər.

 

Kalsium çatışmazlığından şübhələnən şəxslərə isə qidalanmalarına kalsiumla zəngin məhsulları əlavə etmələri və zərurət olduqda həkimlə məsləhətləşmələri tövsiyə olunur.

 

Əminə Bayramova

Tarix: 3 Sentyabr 2026, 13:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin