BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağız qoxusunu azaltmaq üçün bunları yeyin

Ağız qoxusunun bir çox səbəbi ola bilər. Əsas məsələ ağız qoxusuna nələrin səbəb olduğunu müəyyən etmək və buna uyğun həll yolu tapmaqdır.

 

Pravda.az bildirir ki, sosial həyata mənfi təsir göstərən ağız qoxusu ağız gigiyenasına kifayət qədər diqqət yetirilməməsindən və ya insanın fərqində olmadığı bəzi xəstəliklərdən yarana bilər. Tibbdə halitoz adlandırılan ağız qoxusu ağız boşluğunda yaşayan bakteriyaların tərkibində hidrogen-sulfid olan ifrazatlarından meydana gəlir.

 

Ağız qoxusu problemi yaşayan insanlar gündəlik həyatda digər insanlara yaxınlaşmaqdan çəkinə və zaman keçdikcə bunun nəticəsində müəyyən psixoloji problemlərlə üzləşə bilərlər.

 

Bundan əlavə, ağız qoxusu daha ciddi xəstəliklərin əlaməti də ola bilər. Bunun qarşısını almaq üçün əvvəlcə ağız qoxusunun səbəbini müəyyənləşdirmək və uyğun tədbirlər görmək lazımdır.

 

Ağız qoxusunun səbəbləri və ona kömək edən qidalar

 

Ağız qoxusu xüsusilə sinus və ağciyər mənşəli infeksiyalar zamanı yarana bilər. Şəkərli diabet, diş və diş əti xəstəlikləri, maddələr mübadiləsi pozğunluqları, qaraciyər və böyrək çatışmazlığı, uzun müddət ac qalmaq, oruc tutmaq və ya pəhriz saxlamaq da ağız qoxusuna səbəb ola bilər.

 

Bu səbəblərdən bəzilərini müəyyən etmək çətin ola bilər. Buna görə də ağız qoxusu problemini hiss etdikdə həkimə müraciət edərək səbəbi öyrənmək və lazım gəldikdə müalicəyə başlamaq tövsiyə olunur.

 

Ağız gigiyenasına kifayət qədər diqqət yetirilməməsi və qidalanma da ağız qoxusunun yaranmasına səbəb ola bilər.

 

Ağız qoxusunu azaltmağa kömək edə biləcək qidalar arasında saqqız, darçın, nanə və mixəkyer alır.

 

Saqqız çeynəmək tüpürcək ifrazını artırır. Tüpürcək ağız qoxusuna qarşı mübarizədə mühüm rol oynayır. Darçın, nanə və mixəyi ağızda çeynəmək və ya onlardan çay hazırlayıb içmək mümkündür.

 

Mixək antiseptik xüsusiyyətə malik olduğundan ağız boşluğunun təmizlənməsinə kömək edə bilər. Alma və çiyələk də ağız qoxusunu azaltmağa kömək edən meyvələr kimi qeyd olunur.

 

Ağız qoxusunu aradan qaldırmaq üçün nə etmək olar?

 

İlk növbədə ağız təmizliyinə diqqət yetirmək lazımdır. Gündə ən azı iki dəfə dişləri və dilin səthini fırçalamaq, həmçinin diş sapından istifadə etmək vərdiş halına gətirilməlidir.

 

Bundan əlavə, ağız qoxusunu artıra bilən bəzi qidalardan uzaq durmaq məsləhətdir. Bunlara:

 

soğan və sarımsaq;

Sosiska, kolbasa və bastırma kimi qoxulu qidalar daxildir.

Həmçinin alkoqol və siqaretdən uzaq durmaq ağız qoxusu probleminin qarşısını almağa kömək edə bilər.

 

Çöldə olduğunuz zaman müvəqqəti həll üçün yanınızda mixək və ya qəhvə dənələri saxlaya bilərsiniz. Bunları çeynəmək ağız qoxusunu müvəqqəti olaraq azaltmağa kömək edə bilər.

 

Ağız qoxusu ilə qarşılaşdıqda ilk növbədə həkimə müraciət etmək, daha sonra isə müalicəyə dəstək məqsədilə bu kimi tövsiyələrdən istifadə etmək məsləhətdir.

 

Əminə Bayramova

Tarix: 3 Sentyabr 2026, 14:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin