BURADA REKLAMINIZ OLA
BİLƏR

Azadlıq meydanında “yolka” qurulmayacaq - SƏBƏB

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə hazırlıq tədbirləri davam etdirilir.

 

BŞİH-dən Pravda.az-a verilən məlumata görə, hazırlıq çərçivəsində şəhərin müxtəlif yerlərində şam ağacları və dekorativ bəzək əşyaları qurulub, paytaxt ərazisində bayram əhval ruhiyyəsi yaradılıb. Əlavə olaraq rayon ərazilərində bayram əhval ruhiyəsinin ən yüksək səviyyədə təşkil edilməsi məqsədilə Bakı şəhərinin Rayon İcra Hakimiyyətlərinə  müvafiq tövsiyyələr verilib: “Bildiyiniz kimi, bu il Azadlıq meydanında “Formula 1” yarışlarının konstruksiyalarının mövcudluğuna görə şam ağacı qurulması mümkün olmadı. Neftçilər prospekti boyunca və Azneft dairəsində isə dekorasiya işləri tamamlanmaq üzərədir. Yeniliklər barədə ictimayyiətə məlumat veriləcək”.

Tarix: 17 Dekabr 2019, 16:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin