BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşusunu armaturla döyən qadın 1000 manat cərimələndi

Ali Məhkəmədə qonşusunu armaturla döyməkdə təqsirləndirilən Cəmilə Qayıbovanın (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 26 aprel 2024-cü ildə Şahbuz şəhərində baş verib.


Belə ki, həmin gün Cəmilə Qayıbovaevinin həyətində olarkən qonşusu, Şahbuz şəhər sakini S.S. (adı, soyadı şərtidir) mübahisə edib. Sonra o, armaturla qonşusunun baş və qol nahiyələrinə zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxs başının sağ gicgah nahiyəsində dərialtı hematoma və sıyrıq, sağ bazu nahiyəsində isə sıyrıq xəsarətləri alıb.


Hadisədən sonra Cəmilə Qayıbova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Şahbuz Rayon Məhkəməsinin hökmü ilə Cəmilə Qayıbova Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona 1000 manat məbləğində cərimə cəzası təyin edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayəti veriblər. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra onlar həmin qərarından birgə kassasiya şikayəti veriblər.


Kamal Məmmədov 

Tarix: 4 Sentyabr 2026, 08:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin