Ali Məhkəmədə oğurluqda və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Ömər Tağıyev və onun tanışı Mahir İmanovun (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Ömər Tağıyev qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə üç ayrı epizod üzrə ümumilikdə 4 800 manat dəyərində iri buynuzlu mal-qaranı oğurlamaqda, daha sonra isə bir qrup şəxslə birlikdə ictimai qaydanı kobud şəkildə pozaraq Rəşad İmanova xuliqanlıq niyyəti ilə müxtəlif bədən xəsarətləri yetirməkdə təqsirli bilinib.
Belə ki, o, tamah niyyəti ilə özgəsinin əmlakını ələ keçirmək məqsədilə tanışı Mahir İmanovla qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.
İlk epizod 2023-cü ildə saat 15 radələrində Şamaxı rayonunun Göylər kəndi ərazisində baş verib. Onlar həmin ərazidə yol kənarında, dağlıq sahədə zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) məxsus, dəyəri 1 500 manat olan bir baş iri buynuzlu mal-qara avtomobilə yüklənərək aparıblar. Nəticədə heyvan gizli yolla talanıb və zərərçəkmiş şəxsə 1 500 manat məbləğində maddi ziyan vurulub.
İkinci oğurluq hadisəsinin isə 2023-cü ildə saat 15 radələrində Şamaxı rayonunun Birinci Çaylı kəndi ərazisində törədildiyi qeyd olunub. Bu dəfə hər iki şəxs zərərçəkmiş D.D.-yə (adı, soyadı şərtidir) məxsus, dəyəri 1 300 manat olan bir baş iri buynuzlu mal-qara eyni markalı avtomobilə yüklənərək aparıblar.
Üçüncü oğurluq epizodu isə 2023-cü ildə saat 14 radələrində Qobustan rayonunun Cəngi kəndində yerləşən örüş sahəsində baş verib. Ömər və Mahir əlbir olaraq həmin ərazidən zərərçəkmiş F.F.-ə (adı, soyadı şərtidir) məxsus, dəyəri 2 000 manat olan bir baş iri buynuzlu mal-qaranı gizli yolla talayıblar.
Cinayət işinin digər epizodu isə Bakı və Abşeron rayonlarında baş verən hadisələrlə bağlı olub.
İttihama əsasən, təqsirləndirilən şəxslər və istintaqa məlum olmayan “Malış” ləqəbli şəxslə qabaqcadan əlbir olaraq zərərçəkmiş R.İ.-nin (adı, soyadı şərtidir) narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması ehtimalını bəhanə edib. 2023-cü ildə gecə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK 4 ünvanında yerləşən avtodayanacağında, daha sonra isə həmin gün saat 04 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, M. İbrahimov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında R.İ-yə qarşı zor tətbiq edildiyi göstərilib.
Həmin şəxslər zərərçəkmişə yumruq və təpik zərbələri ilə vurublar. Döyülmə nəticəsində R.İ-nin baş, üz, göz ətrafı, burun və döş qəfəsi nahiyələrində çoxsaylı xəsarətlər müəyyən edilib.
Hadisədən sonra Ömər Tağıyev və Mahir İmanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə onlar 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ömər apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Kamal Məmmədov
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
Ən son xəbərləri səhifəmizdən də izləyin