Əmək müqaviləsi ilə çalışan şəxslərin illik əmək məzuniyyətinin müddəti onların tutduğu vəzifə, əmək şəraiti və iş stajından asılı olaraq dəyişir.
Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.
Bəzi kateqoriyalara aid işçilər üçün isə əsas məzuniyyətin müddəti 30 təqvim günü müəyyən edilib.
30 günlük ödənişli əsas məzuniyyət kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə, inzibati vəzifələrdə çalışan dövlət qulluqçularına, rəhbər və mütəxəssis kateqoriyasına aid işçilərə şamil edilir.
Həmçinin təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərməyən rəhbər və inzibati-tədris heyəti, məktəbdənkənar uşaq müəssisələrinin rəhbərləri, təhsil müəssisələrinin metodistləri, baş ustaları, istehsalat təlimi ustaları, təlimatçılar, kitabxanaçılar, laborantlar, emalatxana rəhbərləri, dayələr, dəyişək xidmətçiləri və bədii rəhbərlərə də 30 təqvim günü məzuniyyət verilir.
Bundan başqa, elmi dərəcəsi olmayan elmi işçilər, həkimlər, orta tibb işçiləri və əczaçıların əsas məzuniyyət müddəti də 30 təqvim günüdür.
Natamam iş vaxtında çalışan şəxslərin məzuniyyət müddəti isə tam iş vaxtında çalışan işçilərlə eyni qaydada, onların vəzifəsinə uyğun müəyyən edilir.
Mövsümi işlərdə çalışanlara əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə ən azı 2 təqvim günü hesabı ilə verilir.
Qanunvericilikdə məzuniyyətə düşən bayram günləri ilə bağlı da xüsusi qayda müəyyən olunub. Belə ki, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir. Bu günlərin sayı qədər məzuniyyət müddəti uzadılır.
Eyni zamanda, Qurban və Ramazan bayramları digər iş günü hesab edilməyən bayram günü ilə üst-üstə düşərsə, həmin günlər məzuniyyət dövrünə təsadüf etdiyi halda bir gün kimi hesablanır.
Əmək stajına görə əlavə məzuniyyət də nəzərdə tutulur
Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən, eyni müəssisədə əmək müqaviləsi ilə çalışan işçilərə əmək stajından asılı olaraq əlavə məzuniyyət verilir.
Belə ki, 5 ildən 10 ilədək əmək stajı olanlara 2 təqvim günü, 10 ildən 15 ilədək stajı olanlara 4 təqvim günü, 15 ildən çox stajı olanlara isə 6 təqvim günü əlavə məzuniyyət düşür.
Bu staj həmin işəgötürənlə əmək müqaviləsi bağlanaraq faktiki işlənilən dövr əsasında hesablanır. Müvəqqəti əmək qabiliyyətinin itirildiyi, eləcə də qanunvericilikdə nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər də staja daxil edilir.
Ağır və zərərli işlərdə çalışanlara əlavə məzuniyyət
Əmək şəraiti zərərli və ağır olan, yeraltı işlərdə çalışan, eləcə də əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əlavə məzuniyyət verilir.
Belə işçilər üçün əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az ola bilməz.
Zərərli və ağır istehsalatların, peşə və vəzifələrin, eləcə də həmin işçilərə veriləcək əlavə məzuniyyət müddətlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (Qaynarinfo)
7 Oktyabr 08:26
7 Oktyabr 08:21
7 Oktyabr 08:15
7 Oktyabr 08:10
7 Oktyabr 08:05
7 Oktyabr 08:02
7 Oktyabr 06:39
7 Oktyabr 06:36
7 Oktyabr 06:35
7 Oktyabr 00:11
6 Oktyabr 21:58
6 Oktyabr 21:55
6 Oktyabr 21:53
6 Oktyabr 19:39
6 Oktyabr 19:27
6 Oktyabr 19:26
6 Oktyabr 18:59
6 Oktyabr 18:55
6 Oktyabr 18:49
6 Oktyabr 18:45
6 Oktyabr 18:42
6 Oktyabr 18:30
6 Oktyabr 18:25
6 Oktyabr 18:19
6 Oktyabr 18:09
6 Oktyabr 18:05
6 Oktyabr 18:00
6 Oktyabr 17:55
6 Oktyabr 17:51
6 Oktyabr 17:47
6 Oktyabr 17:35
6 Oktyabr 17:29
6 Oktyabr 17:28
6 Oktyabr 17:27
6 Oktyabr 17:21
6 Oktyabr 17:12
6 Oktyabr 17:09
6 Oktyabr 16:59
6 Oktyabr 16:50
6 Oktyabr 16:41
6 Oktyabr 16:35
6 Oktyabr 16:27
6 Oktyabr 16:24
6 Oktyabr 16:21
6 Oktyabr 16:17
6 Oktyabr 16:15
6 Oktyabr 16:10
6 Oktyabr 16:03
6 Oktyabr 15:57
6 Oktyabr 15:50
6 Oktyabr 15:45
6 Oktyabr 15:44
6 Oktyabr 15:40
6 Oktyabr 15:33
6 Oktyabr 15:30
6 Oktyabr 15:24
6 Oktyabr 15:12
6 Oktyabr 15:09
6 Oktyabr 15:03
6 Oktyabr 15:01
6 Oktyabr 15:00
6 Oktyabr 14:57
6 Oktyabr 14:49
6 Oktyabr 14:43
6 Oktyabr 14:37
6 Oktyabr 14:34
6 Oktyabr 14:34
6 Oktyabr 14:29
6 Oktyabr 14:22
6 Oktyabr 14:15
6 Oktyabr 14:04
6 Oktyabr 13:57
6 Oktyabr 13:45
6 Oktyabr 13:27
6 Oktyabr 13:23
6 Oktyabr 13:13
6 Oktyabr 12:59
6 Oktyabr 12:56
6 Oktyabr 12:53
6 Oktyabr 12:49
6 Oktyabr 12:45
6 Oktyabr 12:39
6 Oktyabr 12:28
6 Oktyabr 12:20
6 Oktyabr 12:15
6 Oktyabr 12:13
6 Oktyabr 12:07
6 Oktyabr 12:05
6 Oktyabr 11:55
6 Oktyabr 11:49
6 Oktyabr 11:45
6 Oktyabr 11:39
6 Oktyabr 11:30
6 Oktyabr 11:25
6 Oktyabr 11:21
6 Oktyabr 11:19
6 Oktyabr 11:15
6 Oktyabr 11:07
6 Oktyabr 11:06
6 Oktyabr 11:05
6 Oktyabr 10:58
6 Oktyabr 10:55
6 Oktyabr 10:43
6 Oktyabr 10:41
6 Oktyabr 10:39
6 Oktyabr 10:37
6 Oktyabr 10:37
6 Oktyabr 10:29
6 Oktyabr 10:25
6 Oktyabr 10:22
6 Oktyabr 10:10
6 Oktyabr 10:08
6 Oktyabr 10:04
6 Oktyabr 09:59
6 Oktyabr 09:51
6 Oktyabr 09:50
6 Oktyabr 09:48
6 Oktyabr 09:46
6 Oktyabr 09:40
6 Oktyabr 09:40
6 Oktyabr 09:32
6 Oktyabr 09:28
6 Oktyabr 09:26
6 Oktyabr 09:25
6 Oktyabr 09:15
6 Oktyabr 09:14
6 Oktyabr 08:46
6 Oktyabr 08:44
6 Oktyabr 06:46
6 Oktyabr 06:44
6 Oktyabr 06:42
6 Oktyabr 06:34
6 Oktyabr 06:31
6 Oktyabr 06:28
5 Oktyabr 22:02
5 Oktyabr 21:59
5 Oktyabr 21:22
5 Oktyabr 19:18
5 Oktyabr 19:12
5 Oktyabr 19:04
5 Oktyabr 18:45
5 Oktyabr 18:43
5 Oktyabr 18:33
5 Oktyabr 18:28
5 Oktyabr 18:25
5 Oktyabr 18:22
5 Oktyabr 18:21
5 Oktyabr 18:14
5 Oktyabr 18:11
5 Oktyabr 18:07
Ən son xəbərləri səhifəmizdən də izləyin