Rusiya Prezidenti Vladimir Putinin çıxışında “Hər şey Qarabağ problemləri ilə başlayıb, bütün Qərb, Avropa ölkələri danışırdı ki, Qarabağ Azərbaycanın bir hissəsidir, biz yox” deməsi sosial şəbəkələrdə müzakirələr yaradıb.
Pravda.az-a çıxışı şərh edən politoloq Yusif Bağırzadə deyib ki, Putinin oxşar bəyanatlarla çıxış etməsi ilk dəfə deyil.

Politoloqun sözlərinə görə, xüsusilə onun “Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın ərazisi kimi tanıdıqdan sonra bizim mövqeyimiz ikili xarakter aldı” və “Azərbaycanın daxili işlərinə müdaxilə etməli idikmi?” fikirləri Moskvanın 2020-ci ildən sonrakı proseslərə verdiyi siyasi izahın mühüm elementidir: “Bu arqumentin əsas hədəfi KTMT-nin 2022-ci ildən sonra Azərbaycan-Ermənistan qarşıdurmasına niyə müdaxilə etmədiyini izah etməkdən ibarətdir. Moskvanın məntiqinə görə, Paşinyan 2022-ci ildə Praqada Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycanın tərkibində olduğunu qəbul etdikdən sonra Qarabağ məsələsi artıq Ermənistanın təhlükəsizliyinə qarşı xarici təcavüz məsələsi deyil, Azərbaycanın suverenliyi çərçivəsində nəzərdən keçirilməli idi. Buna görə də KTMT-nin Azərbaycan ərazisində hərbi müdaxiləsi hüquqi və siyasi baxımdan əsaslandırıla bilməzdi. Lakin Putinin bu mövzunu məhz indi yenidən gündəmə gətirməsi siyasi baxımdan daha maraqlıdır. Çünki Azərbaycan və Ermənistan münasibətlərində artıq əvvəlki münaqişə məntiqindən fərqli mərhələ formalaşır. Prezident Əliyev və Nikol Paşinyanın Bişkek görüşündə tərəflər 2025-ci il Vaşinqton sammitində əldə olunmuş razılaşmaların və sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini bir daha vurğulayıblar. Eyni zamanda, Azərbaycan məhsullarının Ermənistana ixracı, tranzit əlaqələri və iqtisadi münasibətlərin inkişafı sülhün praktik nəticələri kimi qeyd olunub”.
Y.Bağırzadə qeyd edib ki, belə bir şəraitdə Moskvanın Qarabağ mövzusuna qayıtmasının əsas səbəblərindən biri, Rusiya-Ermənistan münasibətlərində məsuliyyət məsələsini öz prizmasından izah etməkdir: “Ermənistan tərəfi illərdir KTMT-nin 2022-ci il hadisələri zamanı Ermənistana lazımi dəstəyi göstərmədiyini əsas gətirərək təşkilata münasibətini soyudub. Putin isə bunun əksinə olaraq demək istəyir ki, Moskvanın hərəkətsizliyi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra yaranmış yeni hüquqi-siyasi reallığın nəticəsi idi. Moskvanın bu mövzuya tez-tez qayıtması və məsələni bu şəkildə dilə gətirməsi müəyyən ehtiyatlılıq tələb edir. Azərbaycan XİN də daha əvvəl Rusiyanın rəsmi şəxslərinin Qarabağ məsələsini siyasi müzakirə predmetinə çevirməsindən narahatlığını bildirib və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayıb. Həqiqətən də Rusiya-Ermənistan münasibətləri və ya KTMT ilə bağlı problemlərdə bu məntiqlə çıxış etmək yolverilməzdir. Əgər Putin bununla keçmiş qərarlarını izah etməyə çalışırsa və ya Ermənistanla münasibətlərdə məsuliyyətin kimdə olduğu barədə Moskvanın mövqeyini formalaşdırmağa cəhd edirsə bunu zəhmət çəkib başqa şəkildə dilə gətirsin. Çünki indiki məntiq Azərbaycan tərəfində haqlı suallar doğurur”.
Şəhanə Qədirli
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
15 Oktyabr 17:59
15 Oktyabr 17:47
15 Oktyabr 17:41
15 Oktyabr 17:41
15 Oktyabr 17:34
15 Oktyabr 17:31
15 Oktyabr 17:24
15 Oktyabr 17:19
15 Oktyabr 17:14
15 Oktyabr 17:09
15 Oktyabr 16:59
15 Oktyabr 16:53
15 Oktyabr 16:39
15 Oktyabr 16:22
15 Oktyabr 16:20
15 Oktyabr 16:17
15 Oktyabr 16:13
15 Oktyabr 16:09
15 Oktyabr 15:59
15 Oktyabr 15:57
15 Oktyabr 15:45
15 Oktyabr 15:40
15 Oktyabr 15:29
15 Oktyabr 15:27
15 Oktyabr 15:23
15 Oktyabr 15:15
15 Oktyabr 15:02
15 Oktyabr 14:59
15 Oktyabr 14:55
15 Oktyabr 14:52
15 Oktyabr 14:49
15 Oktyabr 14:44
15 Oktyabr 14:37
15 Oktyabr 14:20
15 Oktyabr 14:14
15 Oktyabr 14:12
15 Oktyabr 14:07
15 Oktyabr 14:02
15 Oktyabr 13:53
15 Oktyabr 13:47
15 Oktyabr 13:35
15 Oktyabr 13:32
15 Oktyabr 13:27
15 Oktyabr 13:19
15 Oktyabr 13:13
15 Oktyabr 13:10
15 Oktyabr 13:07
15 Oktyabr 13:03
15 Oktyabr 12:58
15 Oktyabr 12:55
15 Oktyabr 12:54
15 Oktyabr 12:49
15 Oktyabr 12:46
15 Oktyabr 12:44
15 Oktyabr 12:40
15 Oktyabr 12:39
15 Oktyabr 12:35
15 Oktyabr 12:31
15 Oktyabr 12:31
15 Oktyabr 12:29
15 Oktyabr 12:22
15 Oktyabr 12:20
15 Oktyabr 12:17
15 Oktyabr 12:15
15 Oktyabr 12:02
15 Oktyabr 12:01
15 Oktyabr 11:57
15 Oktyabr 11:47
15 Oktyabr 11:41
15 Oktyabr 11:33
15 Oktyabr 11:27
15 Oktyabr 11:22
15 Oktyabr 11:14
15 Oktyabr 11:12
15 Oktyabr 11:02
15 Oktyabr 10:59
15 Oktyabr 10:53
15 Oktyabr 10:44
15 Oktyabr 10:32
15 Oktyabr 10:27
15 Oktyabr 10:23
15 Oktyabr 10:21
15 Oktyabr 10:12
15 Oktyabr 10:07
15 Oktyabr 10:05
15 Oktyabr 09:49
15 Oktyabr 09:36
15 Oktyabr 09:10
15 Oktyabr 09:05
15 Oktyabr 09:04
15 Oktyabr 09:03
15 Oktyabr 08:57
15 Oktyabr 08:51
15 Oktyabr 08:49
15 Oktyabr 08:44
15 Oktyabr 08:43
15 Oktyabr 08:41
15 Oktyabr 08:36
15 Oktyabr 08:33
15 Oktyabr 08:30
15 Oktyabr 08:25
15 Oktyabr 07:59
15 Oktyabr 06:47
15 Oktyabr 06:44
15 Oktyabr 06:37
15 Oktyabr 06:30
15 Oktyabr 06:28
15 Oktyabr 06:25
15 Oktyabr 06:23
15 Oktyabr 06:21
14 Oktyabr 22:56
14 Oktyabr 22:44
14 Oktyabr 21:07
14 Oktyabr 19:38
14 Oktyabr 19:20
14 Oktyabr 19:19
14 Oktyabr 19:16
14 Oktyabr 19:15
14 Oktyabr 19:13
14 Oktyabr 19:12
14 Oktyabr 19:10
14 Oktyabr 19:06
14 Oktyabr 18:58
14 Oktyabr 18:37
14 Oktyabr 18:34
14 Oktyabr 18:27
14 Oktyabr 18:20
14 Oktyabr 18:17
14 Oktyabr 18:12
14 Oktyabr 18:11
14 Oktyabr 18:07
14 Oktyabr 18:01
Ən son xəbərləri səhifəmizdən də izləyin