BURADA REKLAMINIZ OLA
BİLƏR

Əməkdar həkim vəfat etdi

Uzun illər müxtəlif xəstəxanaların baş həkimi işləmiş Əməkdar həkim Vaqif Cəfərov vəfat edib.

 

Pravda.az Ölkə.az-a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Vaqif Cəfərov 1995-1998-ci illərdə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi, 1998-2005-ci illərdə Respublika Klinik Xəstəxanasının baş həkimi, Yasamal Səhiyyə şöbəsinin müdiri, Xalq Təbabəti Mərkəzinin direktoru vəzifələrində işləyib. Səhiyyə Nazirliyinin kollegiya üzvü olub.

 

2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Əməkdar həkim fəxri adına layiq görülüb.

Tarix: 6 Sentyabr 2026, 01:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin