BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-də təyyarə uçuş zolağından çıxıb, ölənlər və xəsarət alanlar var

"Amazon Prime Air" şirkətinin reys üçün yola düşən "Boeing 767-300" yük təyyarəsinin Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxması nəticəsində azı beş nəfər həlak olub, daha beş nəfər yaralanıb.

 

Bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava xəbər verib.

 

Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.

 

"Puerto Rikodan yola düşən "Amazon Air"in yük təyyarəsinin Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxması nəticəsində beş nəfər ölüb, daha beş nəfər yaralanıb", - o, mətbuat konfransında bildirib.

 

Hadisənin səbəbini Nəqliyyatda Milli Təhlükəsizlik Şurası araşdıracaq.

 

Report

Tarix: 7 Sentyabr 2026, 06:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin