BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəzi ərazilərdə işıq olmayacaq

Bu gün Bakı, Göyçay və Yevlaxın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.


"Azərişıq"dan Pravda.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 7-də paytaxt ərazisində Transformator Məntəqəsində (TM), eləcə də Göyçay və Yevlaxda 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.


Məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Abdulla Şaiq, Azad Mirzəyev, Məhəmməd Xiyabani, 7-ci Sallaqxana, Tağı Şahbazi küçələrinin bir hissəsində elekrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.


Göyçay Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 17:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.


Planlı fasilə saat 10:00-dan 13:00-dək Yevlax EŞ-nin ərazisində yerləşən Kövər kəndini də əhatə edəcək.


Bildirilir ki, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Tarix: 7 Sentyabr 2026, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin