BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda soyğunçuluq edən şəxs saxlanılıb

Paytaxtın Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

 

Pravda.az DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs zərərçəkənə zor tətbiq edərək pul vəsaitini alıb və hadisə yerindən uzaqlaşıb.

 

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 22 yaşlı E.Kərimov müəyyən edilərək saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Tarix: 7 Sentyabr 2026, 17:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin