BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda vətəndaşlara məxsus evlər sökülərək yerində metal qəbulu sexi tikilib? - VİDEO

Hasarlanmış ərazinin üstünü talvarla örtdülər… Dəmir darvaza qoyub qapını bağladılar… Görüntülər paytaxtın Binəqədi rayonu Emin Bağırov küçəsindəndir. İş icraçısı iddia edir ki, ünvanda vətəndaşa məxsus heç bir mənzil sökülməyib. O, deyir ki, sözügedən ünvan mədən ərazisi olduğundan onlar yalnız dəmir konstruksiyalardan talvar qururlar.

 

 İş icraçısı qeyri-yaşayış obyektinin çıxarışı olduğunu desə də, bununla bağlı heç bir sənəd təqdim etmədi.

 

Binəqədi rayon İH-dən bildirildi ki, qeyd olunan ünvan uzun illərdir metal məmulatlarının toplanması və saxlanılması məqsədilə istifadə edilən qeyri-yaşayış təyinatlı ərazi olub. Həmin ərazidə hər hansı yaşayış faktı mövcud olmayıb. Bu baxımdan, sözügedən məsələ ilə bağlı yayılan məlumatlar faktiki vəziyyəti əks etdirmir.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 7 Sentyabr 2026, 22:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin