BURADA REKLAMINIZ OLA
BİLƏR

Narkokartelin istifadə etdiyi gəmi Sakit okeanda batırıldı

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvadorun "Los Çoneros" narkokartelinin maraqları naminə istifadə olunan gəmini ələ keçirərək batırıblar.

 

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

 

"İstintaq məlumatları təsdiqləyib ki, gəmidən qəddar narkoterror təşkilatı "Los Çoneros"un maraqları naminə istifadə olunub. Gəmidə olan şəxslər Ekvador hakimiyyətinə təhvil veriləcək. Yoxlama aparıldıqdan və ekipaj üzvləri gəmidən çıxarıldıqdan sonra ABŞ Silahlı Qüvvələri gəmini batırıb", – paylaşımda bildirilib.

 

ABŞ tərəfinin versiyasına görə, gəmi narkokartel tərəfindən üzən yanacaqdoldurma məntəqəsi kimi istifadə olunub.

 

Report

Tarix: 8 Sentyabr 2026, 06:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin