BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşusunu bıçaqlayan yeniyetməyə şərti cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əkbər Məlikovun (adı, soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama əsasən, hadisə 2025-ci ildə paytaxt ərazisində qeydə alınıb.

 

Belə ki, 2010-cu il təvəllüdlü Əkbər Məlikov saat 19:30–20:00 radələrində yaşadıqları məhəlləyə gəlib. O, burada tanışı, zərərçəkmiş Zamiq Muradovla (adı, soyadı şərtidir) görüşüb.

 

Tərəflər arasında mübahisə zərərçəkmiş şəxsin bir qədər əvvəl təqsirləndirilən şəxs barədə məhəllədə yaşayan və onlardan yaşca kiçik olan şəxslərdən pul alması barədə həqiqətə uyğun olmayan məlumat yayması ilə bağlı yaranıb.

 

Əkbər bu məsələ ilə əlaqədar Zamiqə iradlarını bildirib.

 

Daha sonra üzərində gəzdirdiyi bıçaqdan istifadə edərək zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə iki zərbə endirib. Hadisə nəticəsində Zamiqin sol bud nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş yara əmələ gəlib. Bununla yanaşı, zərərçəkmiş şəxsin döş qəfəsinin sol yarısının arxa divarında sol plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara da aşkarlanıb.

 

Məhkəmə iclasında Əkbər Məlikov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiqləyib.

 

Kamal Məmmədov

Tarix: 8 Sentyabr 2026, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin