BURADA REKLAMINIZ OLA
BİLƏR

Rafiq Əliyev: “Gizli paxıllıq və bədxahlıq artıq gizlədilmir”

Son zamanlar informasiya məkanında təşviş doğuran bir təzahür müşahidə olunur: Azərbaycan Xalq Cümhuriyyəti dövründən tutmuş sovetlərdə daxil olmaqla sayılıb- seçilən milli mədəniyyət, incəsənət və siyasət xadimlərinin sistemli şəkildə qaralanması kompaniyası davam edir. Əsasən “Google” platformasından götürülüb öz istəklərinə uyğun saf-cürük edilən məlumatlar  çətinliklə əldə edilən sensasiya yaradacaq tapıntı kimi qələmə verilir. Hər gün bəlli bir nəfər “ifşa” və “tarixi həqiqət” adı altında ictimaiyyət üçün fasiləsiz bir ittiham seli yaradır.  Bu isə xalqın tarixi yaddaşını bir növ bütövlüklə məhkəmə meydanına çevirir.

 

Pravda.az-ın xəbərinə görə, professor, fəlsəfə elmləri doktoru Rafiq Əliyev bildirib.

 

O qeyd edib ki, xəbərçilik (donos) fenomeni yeni deyil, lakin totalitar dövrdə xəbərçilik anonim, gizli xarakter daşıyırdısa və qorxu şəraitində sağ qalmaq və ya şəxsi maraqlar üçün bir alətə xidmət edirdisə, cəmiyyət bu gün fərqli, daha hiyləgər bir forma ilə — ölülərə qarşı açıq və kütləvi xəbərçiliklə qarşılaşır: “Texniki baxımdan bu, seçmə və ya şübhəli məlumatların müntəzəm “sızdırılması” kimi görünür, mahiyyətcə isə mənəvi vandalizmdir. Artıq həyatda olmayan, cavab verə, sənəd təqdim edə və ya öz təmiz adını müdafiə edə bilməyən insanlara zərbə vurmaq tarixi təhlil və ya həqiqət axtarışı deyil. Bu, dərin rəzalətin və peşəkar acizliyin təzahürüdür. Bu cür “topdan” ittiham metodologiyası təhlükəli sosial funksiyanı yerinə yetirir: Tarixi yaddaşın başsız qoyulması və müasir dövrümüzün problemlərinin müzakirəsindən uzaqlaşdırır. Cəmiyyət öz intellektual və mədəni elitasından məhrum edildikdə, hər bir görkəmli xadim “xalq düşməni” və ya “xəbərçi” kimi qələmə verildikdə milli qürurun və nəsillərarası varisliyin bünövrəsi dağılır. Əgər hər kəs eyni dərəcədə təqsirkar və qüsurludursa, şəxsi şücaət, istedad və Vətənə xidmət anlayışları öz əhəmiyyətini itirir. Gizli paxıllıq və bədxahlıq artıq gizlədilmir, əksinə, “cəsarətli jurnalistika” və ya “ifşa” pərdəsi altında qürurla nümayiş etdirilir. Tariximizin mürəkkəb və faciəvi dövrləri sosial şəbəkələrdəki səthi mühakimələri deyil, dərin, obyektiv və akademik təhlili tələb edir. Mədəniyyət və dövlətçilik sələflərin inkarı üzərində qurulmur. Mədəniyyətimizi və tariximizi yaradanların adını qorumaq keçmişi ideallaşdırmaq cəhdi deyil, özümüzə, xalqımıza və gələcəyimizə olan ibtidai hörmət məsələsidir”.

Tarix: 8 Sentyabr 2026, 09:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin