BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Bakı və Abşeronun su-kanalizasiya sisteminin ciddi yenilənməsi baş verəcək”

Dünəndən başlayan yağış Bakının bir sıra ərazilərində vəziyyəti çətinləşdirib. Qısa müddət ərzində bəzi küçə və yollar keçilməz vəziyyətə düşüb və nəqliyyatın hərəkətinə ciddi maneə yaradıb. Ötən il də analoji vəziyyət “təbii fəlakət” kimi qiymətləndirilsə də, dünəndən küçə və prospektlərdə yaranan problemlər bir daha yağış sularının idarə olunması sisteminin vəziyyətini gündəmə gətirib.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, hazırda mövcud olan su-kanalizasiya sistemi illər öncə qurulub.

 

A.Mirzəzadə xatırladıb ki, bu ilin yanvar ayında cənab Prezidentin sədrliyi ilə Bakı və Abşeronda su təchizatının yaxşılaşdırılması ilə bağlı böyük müşavirə keçirilib: “Həmin müşavirədə 2026-2030-cu illər arasında görüləcək işlər barədə geniş müzakirələr aparılıb. Bakı və Abşeronun su-kanalizasiya xəttinin yenilənməsi bugünkü tələblərə cavab verilməsi üçün böyük plan qəbul edilib. Hazırda layihələndirilmə işləri gedir. Büdcə vəsaiti, eyni zamanda beynəlxalq maliyyə qurumlarından qrantlar müəyyənləşdirilib. Bundan sonra Bakı və Abşeronun su kanalizasiya xəttinin ciddi yenilənməsi baş verəcəkdir. Hazırda mövcud olan su-kanalizasiya xətləri on illər bundan əvvəl həyata keçirilib və bu indikindən qat-qat az əhali üçün nəzərdə tutulmuşdu. Eyni zamanda kollektorların yenilənməsi də nəzərdə tutulur. Tədricən görülən işlər problemin birdəfəlik həllinə gətirib çıxaracaq”.

 

Şəhanə Qədirli

Tarix: 8 Sentyabr 2026, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin