BURADA REKLAMINIZ OLA
BİLƏR

BDU-dan Elçin Babayevlə bağlı açıqlama - YENİLƏNDİ

Ölkənin bəzi informasiya saytlarında məlum toy məclisində (Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu – red) guya Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin də iştirak etdiyi haqqında informasiyalar yer alıb. Bu informasiyalar yanlışdır və həqiqəti əks etdirmir.

 

Bu barədə Pravda.az-a BDU-dan bildirilib.

 

Qeyd olunub ki, COVID-19 pandemiyası ilə mübarizə məqsədilə ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə  Bakı Dövlət Universitetində ciddi riayət olunur.

 

“Xüsusi karantin rejiminin tətbiq olunduğu ilk gündən hal-hazıra qədər BDU-nun rəhbərliyi keçirilməsi qadağan olunmuş heç bir kütləvi tədbirdə, məclis və toplantıda iştirak etməmişdir. Hesab edirik ki, bu tip kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir və ölkədə epidemiloji şəraitə kəskin təsir göstərə bilər. Xüsusi karantin rejiminin tələblərinə riayət olunması hər bir vətəndaşın borcudur və hər kəsi bu qaydalara ciddi əməl etməyə çağırırıq” – məlumatda vurğulanıb.

 

 

***

19:10

 

Ramiz Mehdiyevin nəvəsi üçün təşkil edilən toy mərasimində karantin rejiminin qaydalarını pozan şəxslərdən birinin kimliyini müəyyən edilib.

 

Həmin şəxslər arasında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevdə var.

 

Elçin Babayev məhkəmənin qərarı ilə 400 manat cərimə olunub.Gününsəsi

Tarix: 23 Avqust 2020, 19:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin