BURADA REKLAMINIZ OLA
BİLƏR

Yağışlı hava nə vaxta kimi davam edəcək?

Hazırda ölkə ərazisində, Bakı-Abşeron yarımadasında, eyni zamanda bölgələrdə yağışlı hava şəraiti müşahidə olunur.

 

Bunu Ölkə.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

 

Onun sözlərinə görə, bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensivdir:

 

“Belə hava şəraitinin bugün, sentyabrın 8-i Bakı və Abşeron yarımadasında davam edəcəyi, axşama doğru tədricən kəsəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 21-25 dərəcə isti olacağı gözlənilir”.

 

G.Məmmədova bildirib ki, eyni zamanda bölgələrdə də yağışlı hava şəraiti müşahidə olunur.

 

“Belə yağışlı hava şəraiti 8-i axşama doğru tədricən kəsəcək. 9-da əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 25-28, dağlıq ərazidə 15-18 dərəcə isti olacaq”, – o vurğulayıb.

Tarix: 8 Sentyabr 2026, 14:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin