BURADA REKLAMINIZ OLA
BİLƏR

Yağıntılarla əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhərində və respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, intensiv yağıntılarla əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmətə əlavə polis naryadları cəlb olunub. Küçə və prospektlərdə nəqliyyatın hərəkəti Yol Patrul Xidməti əməkdaşları tərəfindən tənzimlənir. Vətəndaşlara zəruri köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur.

Tarix: 8 Sentyabr 2026, 17:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin