BURADA REKLAMINIZ OLA
BİLƏR

Mətbəxdəki milçəklərdən bir dəqiqəyə qurtulun

Mətbəxdə xüsusilə yay və payız aylarında ortaya çıxan kiçik meyvə milçəkləri tez çoxaldığı üçün böyük narahatlıq yaradır. Lakin bəzi qoxular və təbii maddələr bu milçəkləri mətbəxdən uzaq tutmaqda çox effektivdir.

 

Pravda.az meyvə milçəklərini uzaqlaşdıran təbii vasitələri təqdim edir:

 

Yarpız və nanə yağı: Meyvə milçəkləri kəskin nanə və yarpız qoxusuna nifrət edir. Bir neçə damcı nanə efir yağını su ilə qarışdırıb sprey şüşəsi ilə mətbəxə səpmək onları uzaqlaşdırır.

 

Lavanda və reyhan: Pəncərə önünə və ya dəzgahın üstünə qoyulacaq dipçəkdə təzə reyhan və ya lavanda böcəkləri qovan təbii qalxandır.

 

Mixək və limon: İkiyə bölünmüş limonun üzərinə mixək dənələri batıraraq meyvə səbətinin yanına qoyduqda milçəklər həmin əraziyə yaxınlaşmır.

 

Evkalipt və çay ağacı yağı: Kəskin antiseptik qoxusu olan bu efir yağları da milçəklərin gəlməsinin qarşısını alır.

 

Meyvə milçəklərinin yaranmaması üçün bunları edin:

 

Meyvələri açıqda qoymayın: Xüsusilə yumşalmış, həddindən artıq yetişmiş və ya zədələnmiş meyvələri soyuducuda saxlayın.

 

Zibil qabını tez-tez boşaldın: Zibil qabının ağzını qapalı tutun və daxilini müntəzəm olaraq yuyun.

 

Rütubətli əskiləri saxlamayın: Mətbəx əskiləri və süngərlər nəmli qaldıqda milçəklərin yumurta qoyması üçün ideal mühit yaradır.

 

Sirkə tələsi hazırlayın: Bir qaba azca alma sirkəsi və bir damcı qab-qacaq yuyucu maye tökərək açıqda qoyun, milçəklər sirkə qoxusuna gələrək tələyə düşəcək.

 

Əminə Bayramova

Tarix: 9 Sentyabr 2026, 10:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin