BURADA REKLAMINIZ OLA
BİLƏR

İnsulin şəkər xəstələrini ölümə aparır? - Həkimdən AÇIQLAMA

Tanınmış həkim Seyfəddin Əsəd insulin dərmanının ziyanlı olması, şəkər xəstələrində ölümü tezləşdirməsi, bu müalicə üsulunun xarici ölkələrdə qadağan olunması barədə iddialara aydınlıq gətirib.

 

Həkim Pravda.az-a açıqlamasında deyilənlərin əksi olaraq bildirib ki, dünyada ən yaxşı şəkər dərmanı insulindir.

Seyfəddin Əsəd: “Havalar isinir, mütləq boynu-başı açıq gəzin...” Pravda.az

“Əksinə, şəkəri olan adamlar faiz etibarilə xərçəng xəstəliyinə ən az yoluxan adamlardır. Tablet şəklində olan dərmanlar böyrəkləri sıradan çıxarır, görmə qəbiliyyətini, qaraciyəri pozur. İnsulin isə yeganə şəkər dərmanıdır ki, orqanizmə ən yaxın müalicə üsuludur. Ehtiyacı olan xəstə üçün insulindən yaxşı şəkər dərmanı tanımıram. Təbii ki, onun adlarına uyğun daha keyfiyyətlisi, uzunmüddətlisi var”, - S.Əsəd vurğulayıb.

 

Aytəkin Qardaşova

Tarix: 9 Sentyabr 2026, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin