BURADA REKLAMINIZ OLA
BİLƏR

Masallıda 12 il əvvəl evə maskalı hücum edən şəxslər azadlığa buraxıldı

Şirvan Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən dəstə üzvləri - X.Zahidov, Z.Hüseynzadə və A.Məcidovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, onların apellyasiya şikayәtlәri tәmin edilmәyib, Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin hökmü dәyişdirilib. Belə ki, Cinayәt-Prosessual Mәcәllәsinin 44.2.1-ci maddәsinә әsasәn cinayәt mәsuliyyәtinә cәlbetmә müddәtlәri keçdiyinә görә tәqsirlәndirilәn şәxslərin tәqsirli bilindiklәri Cinayәt Mәcәllәsinin 181.2.1, 181.2.3 vә 181.2.5-ci maddәlәri, habelә tәqsirlәndirilәn şәxsin barәsindә Cinayәt Mәcәllәsinin 66.5-ci maddәsinә әsasәn cinayәtlәrin mәcmusu qaydasında cәza tәyin olunmasına dair müddәalar Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin hökmündәn xaric edilib vә onlar cinayәt mәsuliyyәtindәn azad olunublar. X.Zahidov, Z.Hüseynzadə və A.Məcidov barәsindә seçilmiş hәbs qәtimkan tәdbirlәri lәğv edilib vә onlar dәrhal mәhkәmә iclas zalında hәbsdәn azad olunublar.

 

İttihama əsasən, təqsirləndirilən şəxslər özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla quldurluq yolu ilə ələ keçirmək məqsədilə əvvəlcədən əlbir olaraq cinayət əlaqəsinə giriblər.

 

İstintaq materiallarına görə, qrup üzvləri hücuma məruz qalan şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri hədəsi ilə basqın etmək barədə razılığa gəliblər.

 

Hadisə 2014-cü ilin avqust ayının 14-də gecə saatlarında Masallı rayonunun Qəriblər kəndində baş verib.

 

Belə ki, X.Zahidov, Z.Hüseynzadə və A.Məcidov basqın zamanı silah qismində istifadə etmək üçün istintaqa məlum olmayan bıçaq və tapançaya oxşar alışqan götürüblər. Bundan başqa, tanınmamaq və ev sakinlərində vahimə yaratmaq məqsədilə əvvəlcədən parça materialdan hazırlanmış 3 maska və əlcək də hazırlayıblar.

 

Onlar kənddə əvvəllər tanımadıqları T.Mirzəyevin yaşadığı evin yaxınlığına gedərək orada gizləniblər. Əlverişli şəraitin yarandığına əmin olduqdan sonra maska və əlcəklərdən istifadə edən qrup üzvləri daş hasardan keçərək həyətə daxil olublar. Daha sonra iki mərtəbəli fərdi yaşayış evinə bitişik vəziyyətdə olan ikinci mərtəbədəki eyvana qalxıblar.

 

Həmin vaxt eyvanda çarpayıda yatan zərərçəkmiş şəxs Səlimə Mirzəyeva (adı şərtidir) səs eşidərək oyanıb və qışqırmağa başlayıb.

 

Bu zaman qrup üzvlərindən biri qadının qışqırmasının qarşısını almaq və əmlakı ələ keçirmək məqsədilə onun üzərinə hücum edib. O, zərərçəkmiş şəxslə əlbəyaxa olaraq ağız və üz nahiyəsini sıxıb. Nəticədə Səlimə Mirzəyevanın sağ gözünün ağlı qişasına yayılmış qansızma, sol almacıq və çənəaltı nahiyəsinin sağ yarısının sıyrığı, eləcə də üst dodağının iç səthinə qansızma xəsarətləri aldığı göstərilir.

 

Bundan sonra qrup üzvləri eyvandan evə daxil olublar. Onların evə gəlməsindən oyanan T.Mirzəyev və ailə üzvlərinin aktiv müqavimət göstərdiyini görən təqsirləndirilən şəxslər üzərlərində olan bıçaq və tapançaya oxşar alışqandan silah qismində istifadə edərək basqını davam etdiriblər. X.Zahidov, Z.Hüseynzadə və A.Məcidov T.Mirzəyevi və ailə üzvlərini həyatı və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri ilə hədələyiblər. Bu yolla ev sakinlərinin müqavimət imkanlarını aradan qaldıraraq 150 manat pulu ələ keçiriblər.

 

Hadisədən sonra təqsirləndirilən şəxslər əldə etdikləri 150 manat pulu öz aralarında bölüşdürüblər.

 

Həmin şəxslər 2025-ci ilin yanvarında saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

 

Lәnkәran Ağır Cinayәtlәr Mәhkәmәsinin hökmü ilə onların hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləti veiblər.

 

Kamal Məmmədov

 

 

Tarix: 9 Sentyabr 2026, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin