BURADA REKLAMINIZ OLA
BİLƏR

Nəcəf Nəcəfovun məzarının barelyefi oğurlandı - FOTO

Nəcəf Nəcəfovun məzarından barelyef oğurlanıb.

 

Pravda.az anews.az-a istinadən bildirir ki, bu barədə sentyabrın 9-u səhər tezdən məlum olub. Vandalizm aktı İkinci Fəxri xiyabanda (Qurd qapısı) baş verib.

 

Bürünc barelyef başdaşının üzərinə quraşdırılmış “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin iki səhifəsini əks etdirir. Nəcəf Nəcəfov 80–90-cı illərdə hər iki qəzetin redaktoru, sonradan isə milli azadlıq hərəkatının liderlərindən biri olub.

 

Elçibəy hökumətində o, prezidentin müşaviri postunu tutub.

 

1999-cu ildə vəfat edib.

 

2004-cü ildə Prezident İlham Əliyev Azərbaycanın müstəqil jurnalistikasının formalaşmasındakı böyük xidmətlərinə görə Nəcəf Nəcəfovu ölümündən sonra “Şöhrət” ordeni ilə təltif edib.

 

Yasamal Rayon Polis İdarəsi cinayətkarların axtarışı ilə məşğuldur.

nc 1

nc 2

Tarix: 9 Sentyabr 2026, 15:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin