BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycana idxal edilən alkoqollu içkilər üçün gömrük rüsumu artırıldı

Azərbaycana idxal edilən konyak, viski, rom, cin və ardıc tinkturası, vodka, likörlə, araq üçün gömrük rüsumu dəyişib.

 

Nazirlər Kabineti bu barədə qərar verib.

 

Ölkəyə idxal edilən bu alkoqollu içkilər üçün idxal gömrük rüsumu 31 dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 4,0 ABŞ dollarından az olmamaqla tətbiq ediləcək. Hazırda bu içkilərin 1 litri üçün idxal gömrük rüsumu 2 ABŞ dollarıdır.

 

Bu Qərar dərc edildiyi gündən 90 (doxsan) gün sonra qüvvəyə minir.

Tarix: 9 Sentyabr 2026, 20:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin