BURADA REKLAMINIZ OLA
BİLƏR

Sultan Qasımov qaçaqmalçılıqda təqsirləndirilir - zərərçəkənlərə 200 min manatdan çox ziyan dəyib - YENİLƏNİB

Külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilən Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımov barədə yeni detallar məlum olub.

 

APA-nın əldə etdiyi məlumata görə, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb.

 

Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib.

 

Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib.

***

11:15

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq baş konsulu qaçaqmalçılıqda ittiham olunur.

 

Sabiq konsul Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.

 

Cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.

 

Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

 

Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk baş konsulu təyin olunub. 2016-cı ildə Baş konsul vəzifəsindən geri çağırılıb.

 

3 may 2016-cı ildə Sankt-Peterburq şəhərində Azərbaycanın Baş konsulu vəzifəsinə təyin edilib.

 

2024-cü il oktyabrın 21-də bu vəzifədən geri çağırılıb./APA

Tarix: 10 Sentyabr 2026, 12:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin