BURADA REKLAMINIZ OLA
BİLƏR

Səhər yeməyinin saatı ömür uzunluğuna təsir edirmiş...

Günün ilk və son yemək saatlarının insan ömrü və ürək-damar sağlığı ilə birbaşa əlaqəli olduğu ortaya çıxıb.

 

Pravda.az bildirir ki, son araşdırmalara görə, qidalanma vərdişləri həyat müddətinə birbaşa təsir edir.

 

Səhər yeməyini gecikdirənlər diqqət: Günün ilk qidasını 07:00–08:00 aralığında qəbul edənlərlə müqayisədə, səhər yeməyini saat 08:00-dan sonraya saxlayanlarda vaxtından əvvəl ölüm riski kəskin yüksəlir.

 

Ömrü 2,5 il qısaldır: Səhər yeməyini günortadan sonraya saxlayan şəxslərdə ürək-damar xəstəliklərindən ölüm riski 46 faiz daha yüksəkdir. Eyni zamanda bu vərdiş ortalama yaşayış müddətini təxminən 2,5 il qısaldır.

 

Şam yeməyi üçün qızıl saatlar: Günün son yeməyini saat 19:00–20:00 aralığında bitirənlərdə ölüm riski ən aşağı səviyyədədir. Yeməyi 19:00-dan əvvələ çəkənlərdə və ya gecə yarısından sonraya saxlayanlarda risk yenidən artmağa başlayır.

 

Qeyd: Kəskin sağlamlıq problemlərinin qarşısını almaq üçün gündəlik yemək saatlarına ciddi riayət olunmalı, lakin həkim məsləhəti olmadan kəskin pəhriz dəyişiklikləri edilməməlidir.

 

Əminə Bayramova

Tarix: 10 Sentyabr 2026, 15:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin