BURADA REKLAMINIZ OLA
BİLƏR

Yumurta bişirərkən çatlamasının qarşısını necə almaq olar?

Səhər yeməklərinin əslarından olan qaynadılmış yumurtaların çatlaması və ağının suya dağılması mətbəxdə ən çox rast gəlinən problemlərdən biridir.

 

Pravda.az yumurtaların bütöv və düzgün qaydada bişməsi üçün bir neçə sadə üsulları təqdim edir:

 

Otaq temperaturu şərtdir: Soyuq yumurtanı birbaşa qaynar suya atmaq ani temperatur şokuna və çatlamaya səbəb olur. Bişirməzdən 20–30 dəqiqə əvvəl yumurtanı soyuducudan çıxarmaq lazımdır.

 

Suya duz və ya sirkə əlavə edin: Bişirmə suyuna əlavə edilən 1 çay qaşığı sirkə və ya bir az duz qabığın daha dözümlü olmasına kömək edir. Çatlama baş versə belə, sirkə və duz yumurta ağının suya yayılmasının qarşısını alır.

 

Soyuq su ilə başlayın: Yumurtaları birbaşa qaynar suya tökmək əvəzinə, soyuq su olan qazana qoyub tədricən qızdırmaq temperatur fərqini tənzimləyir.

 

Orta və ya az xodda bişirin: Yüksək istilikdə suyun sürətlə qaynaması yumurtaların bir-birinə və ya qazanın kənarlarına dəyməsinə gətirib çıxarır. Orta və ya aşağı istilikdə bişirmək daha təhlükəsizdir.

 

Qazanı həddindən artıq doldurmayın: Yumurtaları qazana tək sıra və aralarında yüngül məsafə saxlayaraq düzmək lazımdır.

 

Bişdikdən dərhal sonra yumurtaları soyuq suya qoymaq isə həm bişmə prosesini saxlayır, həm də qabığının daha rahat soyulmasını təmin edir.

 

Əminə Bayramova

Tarix: 10 Sentyabr 2026, 15:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin