BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Həmidə Ömərova olacaq?

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) sədr postuna yeni namizəd irəli sürüb.

 

Bu barədə məlumat AKİ-nin sabah keçiriləcək konfransla bağlı yaydığı müraciətində yer alıb.

 

Qeyd olunub ki, AKİ-nin sədr postuna Xalq artisti Şəfiqə Məmmədova ilə yanaşı Xalq artisti Həmidə Məmməd qızı Ömərovanın namizədliyi irəli sürülüb.

 

Konfrans nümayəndələrinə ünvanlanan müraciətdə bildirilib ki, sədr seçkisi ilə bağlı alternativ namizədlər də olmalıdır və buna qətiyyən məhdudiyyət qoyulmamalıdır.

 

"AKİ sədrinin seçilməsi şəffaf, ən əsası, demokratik prinsiplər əsasında baş tutmalıdır. Alternativsiz keçirilən seçki ədalətli sayıla bilməz", - deyə müraciətdə vurğulanıb.

Tarix: 10 Sentyabr 2026, 22:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin