BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sakinlərin lift kartlarını blokladılar - VİDEO

Sakinlərin lift kartları bloklanıb, onlardan əlavə ödəniş tələb olunur... Kartı bloklanan sakinlər isə saatlarla liftin qarşısında gözləməli olurlar... "Akkord" tikinti şirkətinin inşa etdiyi "Uğur-2" MMC-nin balansında olan yaşayış kompleksindəki 8 binada illərdir davam edən infrastruktur və idarəetmə problemləri sakinləri çətin vəziyyət qoyub. “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən sakinlər iddia edir ki, binaların texniki vəziyyəti günü-gündən pisləşir.

 

Sakinlər deyirlər  ki, binanın saxlanma xərclərini vaxtlı-vaxtında ödəsələr də, göstərilməli olan xidmətlərdən yararlana bilmirlər.

 

"Uğur-2" MMC-nin işçiləri isə aylardar maaş almadıqlarını deyirlər.

 

Kompleksin kommunal xidmətlər həyata keçirən "Uğur yaşam " MMC-nin direktoru Anar Məmmədovla  əlaqə saxladıq

 

Anar Məmmədov onu da bildirdi ki, sakinlər binanın saxlanma xərclərini ödəmədikdən sonra bloklanan kartlar açılacaq.

 

Tarix: 10 Sentyabr 2026, 22:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin