Ali Məhkəmədə yol qəzası törədərək hadisə yerindən qaçmaqda təqsirləndirilən X.Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı və Nizami Rayon Məhkəməsinin hökmü təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə məhkum edilməsi hissəsində ləğv olunub. Həmin hissədə cinayət işi üzrə icraata X.Məmmədovun əməlində cinayət tərkibi olmadığına görə xitam verilib. Təqsirləndirilən şəxsə aid hisssədə Bakı Apellyasiya Məhkəməsinin qərarı və Nizami Rayon Məhkəməsinin hökmü dəyişdirilərək, həmin yekun məhkəmə aktlarından X.Məmmədov Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə və Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair müddəalar xaric edilib. Onun üzərində yalnız Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təyin olunmuş 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
İş materiallarına görə, hadisə 2024-cü il tarixdə saat 13:30 radələrində Bakı şəhərinin Nizami rayonunda baş verib.
Həmin vaxt X.Məmmədov nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnaməsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz” markalı avtomobili idarə edib. O, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə saatda təxminən 10-20 kilometr sürətlə hərəkətdə olub. “Laçın” ticarət mərkəzinin yaxınlığında, “Çiçək yağışı” gül salonunun qarşısında yolu sağdan sola keçən zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) avtomobilin qarşısına çıxıb. Piyada asta yerişlə yolun təxminən 8 metrlik hissəsini qət edib. Sürücünün isə qarşısında təhlükənin yarandığını gördüyü halda avtomobili tam dayandırmaq üçün texniki imkanının olmasına baxmayaraq, lazımi tədbirləri görmədiyi qeyd olunur. Nəticədə X.Məmmədov avtomobilin sağ qabaq hissəsi ilə piyadanı vuraraq ona müxtəlif xəsarətlər yetirib.
Hadisədən sonra təqsirləndirilən şəxsin davranışı da cinayət işinin əsas epizodlarından biri olub. O, S.S.-i idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilə mindirib. Lakin yaralını tibb müəssisəsinə aparmaq əvəzinə, Bakı şəhərinin Nizami rayonunda yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında avtomobildən düşürüb.
Bundan sonra zərərçəkmiş şəxsə şəxsiyyəti barədə dəqiq məlumat vermədən yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdən uzaqlaşıb.
Beləliklə, təqsirləndirilən şəxsin yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətdiyi və hadisə yerini tərk etdiyi müəyyən edilib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə X.Məmmədov Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinib, ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Daha sonra o, həmin qərarından kassasiya şikayəti verib.
Kamal Məmmədov
7 Oktyabr 23:33
7 Oktyabr 22:53
7 Oktyabr 22:50
7 Oktyabr 22:40
7 Oktyabr 22:06
7 Oktyabr 21:50
7 Oktyabr 21:14
7 Oktyabr 20:40
7 Oktyabr 20:31
7 Oktyabr 20:12
7 Oktyabr 19:56
7 Oktyabr 18:45
7 Oktyabr 18:44
7 Oktyabr 18:21
7 Oktyabr 18:14
7 Oktyabr 18:02
7 Oktyabr 17:59
7 Oktyabr 17:55
7 Oktyabr 17:52
7 Oktyabr 17:49
7 Oktyabr 17:43
7 Oktyabr 17:43
7 Oktyabr 17:29
7 Oktyabr 17:26
7 Oktyabr 17:22
7 Oktyabr 17:21
7 Oktyabr 17:19
7 Oktyabr 17:15
7 Oktyabr 17:05
7 Oktyabr 17:02
7 Oktyabr 17:02
7 Oktyabr 16:52
7 Oktyabr 16:45
7 Oktyabr 16:37
7 Oktyabr 16:34
7 Oktyabr 16:30
7 Oktyabr 16:28
7 Oktyabr 16:25
7 Oktyabr 16:19
7 Oktyabr 16:09
7 Oktyabr 16:05
7 Oktyabr 16:02
7 Oktyabr 15:54
7 Oktyabr 15:53
7 Oktyabr 15:48
7 Oktyabr 15:42
7 Oktyabr 15:37
7 Oktyabr 15:31
7 Oktyabr 15:27
7 Oktyabr 15:19
7 Oktyabr 15:10
7 Oktyabr 15:04
7 Oktyabr 14:52
7 Oktyabr 14:46
7 Oktyabr 14:45
7 Oktyabr 14:42
7 Oktyabr 14:41
7 Oktyabr 14:24
7 Oktyabr 14:20
7 Oktyabr 14:10
7 Oktyabr 14:07
7 Oktyabr 14:05
7 Oktyabr 13:58
7 Oktyabr 13:49
7 Oktyabr 13:47
7 Oktyabr 13:45
7 Oktyabr 13:44
7 Oktyabr 13:41
7 Oktyabr 13:29
7 Oktyabr 13:27
7 Oktyabr 13:19
7 Oktyabr 13:12
7 Oktyabr 13:01
7 Oktyabr 12:57
7 Oktyabr 12:53
7 Oktyabr 12:51
7 Oktyabr 12:47
7 Oktyabr 12:41
7 Oktyabr 12:39
7 Oktyabr 12:29
7 Oktyabr 12:22
7 Oktyabr 12:19
7 Oktyabr 12:13
7 Oktyabr 12:03
7 Oktyabr 11:59
7 Oktyabr 11:47
7 Oktyabr 11:42
7 Oktyabr 11:35
7 Oktyabr 11:27
7 Oktyabr 11:22
7 Oktyabr 11:19
7 Oktyabr 11:14
7 Oktyabr 11:10
7 Oktyabr 11:05
7 Oktyabr 10:57
7 Oktyabr 10:52
7 Oktyabr 10:48
7 Oktyabr 10:45
7 Oktyabr 10:35
7 Oktyabr 10:25
7 Oktyabr 10:24
7 Oktyabr 10:17
7 Oktyabr 10:14
7 Oktyabr 10:12
7 Oktyabr 10:09
7 Oktyabr 10:08
7 Oktyabr 10:06
7 Oktyabr 10:02
7 Oktyabr 10:00
7 Oktyabr 09:43
7 Oktyabr 09:20
7 Oktyabr 09:19
7 Oktyabr 09:10
7 Oktyabr 08:45
7 Oktyabr 08:26
7 Oktyabr 08:21
7 Oktyabr 08:15
7 Oktyabr 08:10
7 Oktyabr 08:05
7 Oktyabr 08:02
7 Oktyabr 06:39
7 Oktyabr 06:36
7 Oktyabr 06:35
7 Oktyabr 00:11
6 Oktyabr 21:58
6 Oktyabr 21:55
6 Oktyabr 21:53
6 Oktyabr 19:39
6 Oktyabr 19:27
6 Oktyabr 19:26
6 Oktyabr 18:59
6 Oktyabr 18:55
6 Oktyabr 18:49
6 Oktyabr 18:45
6 Oktyabr 18:42
6 Oktyabr 18:30
6 Oktyabr 18:25
6 Oktyabr 18:19
6 Oktyabr 18:09
6 Oktyabr 18:05
6 Oktyabr 18:00
6 Oktyabr 17:55
6 Oktyabr 17:51
6 Oktyabr 17:47
6 Oktyabr 17:35
6 Oktyabr 17:29
6 Oktyabr 17:28
6 Oktyabr 17:27
6 Oktyabr 17:21
6 Oktyabr 17:12
Ən son xəbərləri səhifəmizdən də izləyin