Ali Məhkəmədə Sumqayıt şəhərində yerləşən orta məktəbdə xadiməyə yumruq vurmaqda və ictimai qaydanı kobud şəkildə pozmaqda təqsirləndirilən Ceyhun Şəfiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 14 may 2025-ci ildə, saat 09 radələrində Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yerləşən 22 saylı orta məktəbin dəhlizində baş verib.
Belə ki, həmin təhsil ocağında gözətçi işləyən C.Şəfiyev məktəbin dəhlizində direktor müavini ilə ucadan söyüş və təhqiredici ifadələrlə müşayiət olunan sözlü mübahisə edib. Məktəbdə xadimə işləyən zərərçəkmiş Kəmalə Kərimova (soyadı şərtidir) isə mübahisənin qarşısını almaq və direktor müavinini hadisə yerindən uzaqlaşdıraraq sakitləşdirmək məqsədilə onu xidməti otağa aparıb.
Lakin təqsirləndirilən şəxsin ardınca həmin otağa daxil olduğu və burada da qanunsuz hərəkətlərini davam etdirdiyi bildirilir. C.Şəfiyev ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan zərərçəkmiş şəxsin sağ qol nahiyəsinə yumruqla bir dəfə zərbə vurub. Zərbə nəticəsində K.Kərimovanın sağ bazu nahiyəsində yumşaq toxumaların şişkinliyi fonunda əziyi-qançır yaranıb.
Məhkəmədə dindirilən C.Şəfiyev isə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, 2010-cu ildən 22 saylı orta məktəbdə gecə gözətçisi işləyib və əvvəlki direktorlarla heç bir problemi olmayıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Tahirə Səfərova məktəbin direktoru təyin edildikdən sonra onu işdən azad etmək və yerinə başqa şəxsi gətirmək istəyib. O isə işdən çıxmadığı üçün aralarında narazılıqlar yaranıb.
O, həmçinin qardaşı A.Şəfiyevin məktəbdə baş verdiyini iddia etdiyi qanunsuzluqlarla bağlı Sumqayıt şəhər prokurorluğuna müraciət etdiyini və bundan sonra prokurorluq əməkdaşlarının məktəbdə yoxlama apardığını bildirib.
C.Şəfiyev iddia edib ki, həmin vaxt məktəb rəhbərliyi ondan qardaşının şikayətini geri götürməsini istəyib. Lakin o, qardaşının məsələsinə qarışmadığını deyib.
Təqsirləndirilən şəxs hadisə günü – 14 may 2025-ci ildə saat 09 radələrində məktəbdə olarkən təsərrüfat üzrə direktor müavini Sevinc Zeynalova onunla danışdığını söyləyib. Onun sözlərinə görə, S.Zeynalova işə gəlmədiyini əsas gətirərək maaşını kəsmək istədiyini deyib.
C.Şəfiyev isə vaxtında işdə olduğunu bildirərək bunun səbəbini soruşub.
O, həmin vaxt S.Zeynalovanın ona “get, açıl başımdan” dediyini və bundan sonra aralarında narazılıq yarandığını iddia edib.
İfadəsində qeyd edib ki, S.Zeynalova daha sonra otağına doğru gedib. O da arxasınca gedərək danışmaq istəyib. Direktor müavini otağa daxil olaraq qapını bağlamaq istədikdə isə əli ilə qapını açdığını bildirib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt məktəbdə xadimə işləyən və S.Zeynalovanın bacısı qızı olan K.Kərimova otaqdan çıxaraq onu sinəsindən itələyib və içəri girməməsini söyləyib.
C.Şəfiyev iddia edib ki, Kamalə yüksək səslə onun üstünə qışqıraraq nalayiq ifadələr işlədib. Bundan sonra Malik adlı şəxsin gəlib onu kənara çəkərək uzaqlaşdırdığını deyib.
Təqsirləndirilən şəxs məhkəmədə Kamaləyə zərbə vurmadığını və ona toxunmadığını bildirib.
O, Kamalənin ona böhtan atdığını iddia edib.
Təqsirləndirilən şəxs məhkəmədə məktəb rəhbərliyi ilə əvvəlki illərdə də problemlərinin olduğunu söyləyib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə C.Şəfiyev 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra C.Şəfiyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Kamal Məmmödov
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
15 Oktyabr 17:59
15 Oktyabr 17:47
15 Oktyabr 17:41
15 Oktyabr 17:41
15 Oktyabr 17:34
15 Oktyabr 17:31
15 Oktyabr 17:24
15 Oktyabr 17:19
15 Oktyabr 17:14
15 Oktyabr 17:09
15 Oktyabr 16:59
15 Oktyabr 16:53
15 Oktyabr 16:39
15 Oktyabr 16:22
15 Oktyabr 16:20
15 Oktyabr 16:17
15 Oktyabr 16:13
15 Oktyabr 16:09
15 Oktyabr 15:59
15 Oktyabr 15:57
15 Oktyabr 15:45
15 Oktyabr 15:40
15 Oktyabr 15:29
15 Oktyabr 15:27
15 Oktyabr 15:23
15 Oktyabr 15:15
15 Oktyabr 15:02
15 Oktyabr 14:59
15 Oktyabr 14:55
15 Oktyabr 14:52
15 Oktyabr 14:49
15 Oktyabr 14:44
15 Oktyabr 14:37
15 Oktyabr 14:20
15 Oktyabr 14:14
15 Oktyabr 14:12
15 Oktyabr 14:07
15 Oktyabr 14:02
15 Oktyabr 13:53
15 Oktyabr 13:47
15 Oktyabr 13:35
15 Oktyabr 13:32
15 Oktyabr 13:27
15 Oktyabr 13:19
15 Oktyabr 13:13
15 Oktyabr 13:10
15 Oktyabr 13:07
15 Oktyabr 13:03
15 Oktyabr 12:58
15 Oktyabr 12:55
15 Oktyabr 12:54
15 Oktyabr 12:49
15 Oktyabr 12:46
15 Oktyabr 12:44
15 Oktyabr 12:40
15 Oktyabr 12:39
15 Oktyabr 12:35
15 Oktyabr 12:31
15 Oktyabr 12:31
15 Oktyabr 12:29
15 Oktyabr 12:22
15 Oktyabr 12:20
15 Oktyabr 12:17
15 Oktyabr 12:15
15 Oktyabr 12:02
15 Oktyabr 12:01
15 Oktyabr 11:57
15 Oktyabr 11:47
15 Oktyabr 11:41
15 Oktyabr 11:33
15 Oktyabr 11:27
15 Oktyabr 11:22
15 Oktyabr 11:14
15 Oktyabr 11:12
15 Oktyabr 11:02
15 Oktyabr 10:59
15 Oktyabr 10:53
15 Oktyabr 10:44
15 Oktyabr 10:32
15 Oktyabr 10:27
15 Oktyabr 10:23
15 Oktyabr 10:21
15 Oktyabr 10:12
15 Oktyabr 10:07
15 Oktyabr 10:05
15 Oktyabr 09:49
15 Oktyabr 09:36
15 Oktyabr 09:10
15 Oktyabr 09:05
15 Oktyabr 09:04
15 Oktyabr 09:03
15 Oktyabr 08:57
15 Oktyabr 08:51
15 Oktyabr 08:49
15 Oktyabr 08:44
15 Oktyabr 08:43
15 Oktyabr 08:41
15 Oktyabr 08:36
15 Oktyabr 08:33
15 Oktyabr 08:30
15 Oktyabr 08:25
15 Oktyabr 07:59
15 Oktyabr 06:47
15 Oktyabr 06:44
15 Oktyabr 06:37
15 Oktyabr 06:30
15 Oktyabr 06:28
15 Oktyabr 06:25
15 Oktyabr 06:23
15 Oktyabr 06:21
14 Oktyabr 22:56
14 Oktyabr 22:44
14 Oktyabr 21:07
14 Oktyabr 19:38
14 Oktyabr 19:20
14 Oktyabr 19:19
14 Oktyabr 19:16
14 Oktyabr 19:15
14 Oktyabr 19:13
14 Oktyabr 19:12
14 Oktyabr 19:10
14 Oktyabr 19:06
14 Oktyabr 18:58
14 Oktyabr 18:37
14 Oktyabr 18:34
14 Oktyabr 18:27
14 Oktyabr 18:20
14 Oktyabr 18:17
14 Oktyabr 18:12
14 Oktyabr 18:11
14 Oktyabr 18:07
Ən son xəbərləri səhifəmizdən də izləyin