BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə tələbələrə qarşı quldurluq edən keçmiş məhkumla bağlı qərar verdi

Ali Məhkəmədə tələbələrə qarşı quldurluq etməkdə təqsirləndirilən Süleyman Əsgərovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd: 2023-cü ilin iyul ayında Yasamal RPİ-nin əməkdaşı tərəfindən saxlanılan Süleyman Əsgərov bundan öncə də quldurluq maddəsi ilə məhkumluq həyatı yaşayıb. Süleyman günün istənilən vaxtında əsasən tələbələrə, yeniyetmələrə və taksi sürücülərinə biçaqla hədə-qorxu gələrək onların pulunu ələ keçirirmiş. Narkotik istifadəçisi olan Süleyman Əsgərov əldə etdiyi pulları narkotik vasitələrin alışına sərf edib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (Bir qrup şəxsə qarşı quldurluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 11 ay 24 gün azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

 

 

 

 

Tarix: 11 Sentyabr 2026, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin