BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçədə iki nəfərə hücum edən dəstə üzvləri ilə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə küçədə iki nəfərə qarşı silahlı hücum etməkdə təqsirləndirilən Pərviz Xəlilov və Malik Əlizadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd: Hadisə avqustun 23-də paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 80 ünvanında qeydə alınıb.

 

Belə ki, Xəlilov Pərviz Tofiq oğlu tanışı Əlizadə Malik Tağı oğlu ilə birlikdə üzərində olan bıçağın arxası ilə Əzimzadə İmaməli Ulduzxan oğlunun burun nahiyəsindən yumruq və təpiklə, Şahverənov Rafət Rüfət oğlunun bədəninin müxtəlif nahiyələrindən vurub xəsarət yetirib. Daha sonra həmin şəxslər İmaməli Əzimzadə və Rafət Şahverənova məxsus iki ədəd mobil telefonu ələ keçiriblər.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) və 181.2.5-ci maddələri cinayət işi başlanılıb, Pərviz Xəlilov və Malik Əlizadə şübhəli şəxs qismində tutulublar. Bakı Ağır Cinayətlər Məhkəməsi həmin şəxslərin barəsində ittihamedici hökm çıxarıb. Ali Məhkəmədə işə kassasiya qaydasında baxılarkən məhkəmə prosesində Pərviz Xəlilov vəsatət verərək müdafiəçisinin kassasiya şikayətini geri götürdüyünü və kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılmasını xahiş edib. Məhkəmə onun vəsatətini təmin edib, kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılıb.

 

Kamal Məmmədov

Tarix: 11 Sentyabr 2026, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin