BURADA REKLAMINIZ OLA
BİLƏR

Bağça müəllimlərinin sertifikasiyası keçiriləcək - Bu tarixlərdə...

Məktəbəqədər təhsildə keyfiyyətin artırılması məqsədilə tərbiyəçi-müəllimlərin peşəkarlığının qiymətləndirilməsi və inkişafı istiqamətində tədbirlər həyata keçirilir.

 

Pravda.az xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

 

Agentliyin direktoru bildirib ki, 11 mindən çox tərbiyəçi-müəllimin bilik və bacarıqları qiymətləndirilib, onların peşəkar inkişaf ehtiyacları müəyyənləşdirilib. İlin sonunadək-oktyabr-noyabr aylarında 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması keçiriləcək.

 

E.Bağırov qeyd edib ki, son illərdə mərkəzləşdirilmiş və rəqabətli seçim mexanizmi vasitəsilə təxminən 1300 yeni ixtisaslı tərbiyəçi-müəllim sistemə cəlb olunub.

Tarix: 11 Sentyabr 2026, 10:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin