BURADA REKLAMINIZ OLA
BİLƏR

Hibrid təhsil modeli tətbiq edilən məktəblərin sayı artırılacaq

"Ötən tədris ilində 8 müəssisədə hibrid təhsil modeli tətbiq edilib".

 

Pravda.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

 

O qeyd edib ki, bu model nəticəsində ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı ən yüksək səviyyədə həyata keçirilib:

 

"Bu model çərçivəsində kadr təminatı mümkün olmayan məktəblərdə yüksək nəticələri ilə seçilən müəllimlər distant təhsil vasitəsilə həmin məktəblərdə onlayn formada tədrisə cəlb edilir. Yeni tədris ilindən etibarən bu məktəblərin sayı da 48-ə çatdırılacaq".

Tarix: 11 Sentyabr 2026, 10:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin