BURADA REKLAMINIZ OLA
BİLƏR

Azad olunmuş ərazilərdə təhsil müəssisələrinin sayı 52-yə çatdırılacaq

“Böyük Qayıdış” çərçivəsində işğaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşması ilə yanaşı, təhsil xidmətlərinin bərpası istiqamətində də işlər davam etdirilir.

 

Pravda.az xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, ötən tədris ilində “Böyük Qayıdış” çərçivəsində Qarabağ və Şərqi Zəngəzur regionlarında fəaliyyət göstərən təhsil müəssisələrinin sayı 37-yə çatdırılıb. Yeni tədris ilindən bu müəssisələrin sayının 52-yə çatdırılması nəzərdə tutulur.

 

Eşqi Bağırov qeyd edib ki, ölkənin digər ərazilərində də yeni təhsil müəssisələri istifadəyə veriləcək. Yeni tədris ilindən 43 yeni ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır. Həmçinin son aylarda 1000 təhsil müəssisəsində təmir işləri aparılıb ki, bu da 550 minə yaxın şagirdin təhsil mühitinin yaxşılaşdırılmasına imkan verəcək.

Tarix: 11 Sentyabr 2026, 11:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin