BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

 

Pravda.az xəbər verir ki, qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib.

 

Qeyd edək ki, ötən gün Xalq artisti Həmidə Ömərovanın sədrliyə namizəd olacağı ilə bağlı məlumat yayılsa da, aktrisa seçki konransında namizədliyini irəli sürməyib.

 

Beləliklə, Xalq artisti Şəfiqə Məmmədova yeganə namizəd kimi sədr seçilib.

 

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub. O, bu ilin martında vəfat edib.

Tarix: 11 Sentyabr 2026, 12:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin