BURADA REKLAMINIZ OLA
BİLƏR

"Durduq yerdəmi gəlib, istifadə edib, aldadıb qaçmışam" - Xandan Nigara cavab - VİDEO

Xəbər verdiyimiz kimi, xalq artisti Fatma Mahmudovanın müğənni qızı Nigar Tofiq nişanı qaytarıb.

 

İfaçı Xan Qaraxanoğlu ilə ayrılmasından danışıb.

 

Bildirib ki, qarşı tərəf öz reklamı üçün ondan istifadə etdib: “Ona saf və təmiz sevgi bəslədim. O, bunların heç birini anlamadı, bilmədi. Həyatdan nə istədiyini özü də bilmir. Birini sevirəmsə, kimsə mənə deyə bilməz ki, pisdir. Hamını dəf etdim, Xan haqqında yanımda nəsə deyə bilməzdilər. Yuxu kimi gəldi və getdi. Mən onu yalandan istəmədim. O isə məni yalandan istədi. Ona reklam lazım idi".

 

Sözügedən məsələ ilə bağlı Xan Qaraxanoğlu da açıqlama verib: "Məni qınayıb, söyüb, təhqir edənlər. Heç düşünürsüz ki, ayrılıq hansı səbəbdən olub?! İşin içini bilmədən nə tez mühakimə etməyə qalxırsız?! Mən sadəcə susacam və kimsəni nüfuzdan salmayacam. Baxmayaraq ki, hər yerdə məni nüfuzdan salmağa çalışırlar. Xahiş edirəm, onlara ayrılığın səbəbini soruşun, görün nə üstündə olub. Durduq yerdəmi, gəlib, istifadə edib, aldadıb qaçmışam mən. Çıxıb düz müsahibə verməsələr, mən sizə necə lazımdır müsahibə verəcəm".(Unikal)

 

 

Tarix: 11 Sentyabr 2026, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin