BURADA REKLAMINIZ OLA
BİLƏR

Su xətti partladı, mənzilini su basdı - VİDEO

Binanın zirzəmisindən keçən içməli su xətti sıradan çıxıb. Blokları su basıb, mənzillər yararsız vəziyyətə düşüb.

 

Hadisə paytaxtın Xətai rayonu Azadlıq 6, mənzil 17 ünvanında baş verib. Dörd ay əvvəl bu ünvandakı ikimərtəbəli yaşayış binasından ev alan Xalıqverdi Nəzərov deyir ki, birinci mərtəbədəki bir otaqlı mənzilin təmirini yeni bitirib. Bu günədək su xəttində heç bir problem olmayıb.

 

Xalıqverdi Nəzərov deyir ki, hadisədən sonra dərhal aidiyyəti qurumlara məlumat verib.

 

 İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, xəttin üzərində ev inşa olunub. Xətdə baş verən qəzanı aradan qaldırmaq fiziki olaraq mümkün deyil. Bu məsələ vətəndaşa izah olunb. Ev sahibi özü mənzilin içərisində qazıntı aparmalı, sukanal idarəsi həmin qəzanı aradan qaldırmalıdır.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 13 Sentyabr 2026, 11:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin