BURADA REKLAMINIZ OLA
BİLƏR

Nurlan Libre keçmiş həyat yoldaşını məhkəməyə verdi - Oğlunu uşaq evinə göndərmək istəyir

“Meydan TV” işi ilə bağlı həbs edilən jurnalist Nurlan Qəhrəmanlı (Libre) keçmiş həyat yoldaşını məhkəməyə verib.

 

Bu iddia ilə ictimai fəal Elmira Rəhimova çıxış edib.

 

“Nurlan Libre keçmiş həyat yoldaşı Əsli Əlizadəni məhkəməyə verib. O, oğlunun anasının himayəsindən alınmasını və uşaq evinə verilməsini tələb edir. Nurlan iddia edir ki, Əsli övladına baxa bilmir. Məhkəmədə bildirilib ki, rəsmi şəxslər Əslinin kirayə yaşadığı evə baxış keçirəcəklər”, - o sosial şəbəkə hesabında yazıb.

 

E.Rəhimovanın sözlərinə görə, Nurlan Libre və Ə.Əlizadə bir neçə ay əvvəl boşanmağa qərar veriblər: “Bugünədək azyaşlı övladı Əslinin himayəsində qalıb. Əsli özü həm işləyib, həm övladını baxıb, həm də Nurlan üçün həbsxanaya yardımlar göndərib. Uşağının xətrinə Əsli Nurlana təminat məsələsində dəstək olmağa çalışıb”.

 

“İki aydır ki, Əsli işindən ayrılıb və hazırda əlavə gəlir yeri də yoxdur. Buna görə də Nurlana dəstək məsələlərində yer ala bilmir. Belə bir məqamda Nurlan isə Əsliyə qarşı əsassız ittihamlar irəli sürür. Onu övladı ilə sınağa çəkir. Hansı uşaq evi anadan yaxşı baxa bilər övladına?!”, - o qeyd edib.

Tarix: 13 Sentyabr 2026, 13:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin