BURADA REKLAMINIZ OLA
BİLƏR

Ahıl yaşlı atasını döyərək öldürən şəxsdən xəbər var

Atasını döyərək öldürməkdə təqsirləndirilən Emin Rəhimovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, hadisə 19 mart 2024-cü il tarixə keçən gecə, saat 03 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Emin Rəhimov orta dərəcəli sərxoşluq vəziyyətində olarkən, yaşadığı evdə 1935-ci il təvəllüdlü atası, zərərçəkmiş İsmayıl Rəhimovla birgə olduğu zaman ahıl yaşlı kişi xəstəlik səbəbindən inildəyib. Bu zaman təqsirləndirilən şəxs yuxudan oyanıb və atasının yatmasını tələb edib. Mübahisə zamanı Emin yaşlı və köməksiz vəziyyətdə olan atasına qarşı xüsusi amansızlıq göstərərək, bədəninin müxtəlif nahiyələrinə çoxsaylı əl və yumruq zərbələri endirib. Nəticədə o, İsmayıl Rəhimova baş beyin və bədən nahiyələrinə çoxsaylı xəsarətlər yetirib.

 

Zərərçəkmiş şəxs aldığı ağır bədən xəsarətləri nəticəsində bir neçə gün sonra yerləşdirildiyi xəstəxanada ölüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Kamal Məmmədov

 

 

Tarix: 14 Sentyabr 2026, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin