BURADA REKLAMINIZ OLA
BİLƏR

FES faiz dərəcəsini azaltmasa...

ABŞ Prezidenti Donald Tramp təsdiqləyib ki, əgər Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini azaltmasa, Amerika bəzi ölkələrlə ticarəti dayandıracaq.

 

Bu barədə Tramp İrlandiyadan ABŞ-yə uçmazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.

 

"Mən bəzi ölkələrə münasibətdə bu addıma gedəcəyəm. Mənim başqa seçimim yoxdur. Biz digər dövlətlərlə (ticarətdə) kəsirə yol verə bilmərik", - o, FES-in dərəcəni aşağı salmayacağı təqdirdə bu və ya digər ölkələrlə ticarəti dayandırmaq niyyətini təsdiqləmək xahişinə cavab olaraq bildirib.

 

"Digər prezidentlər böyük kəsirə yol veriblər və biz bu vəsaitləri almayacağıq. Mən bunu edəcəyəm. Bu, müəyyən müddət ərzində baş verəcək", - Amerika Prezidenti əlavə edib.

 

Sentyabrın əvvəlində Tramp bildirib ki, FES baza faiz dərəcəsini azaltmasa, ABŞ bəzi dövlətlərlə ticarəti dayandıra bilər.

 

Maliyyə tənzimləyicisi iyulun sonunda baza faiz dərəcəsini 3,5–3,75% səviyyəsində saxlayıb. FES-in faiz dərəcəsi ilə bağlı növbəti iclası 15–16 sentyabr tarixlərində keçiriləcək.

 

Report

Tarix: 14 Sentyabr 2026, 06:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin