BURADA REKLAMINIZ OLA
BİLƏR

“AccessBank”ın səhmlərini satması bankda əmanəti olanlara necə təsir göstərəcək? – AÇIQLAMA

Məlum olduğu kimi, "Bank Respublika" ASC və "AccessBank" QSC-nin səhmdarları "Bank Respublika"nın "AccessBank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Bir sıra saytlar isə bunu bankın bağlanması kimi təqdim ediblər. Bu da həmin bankda əmanətləri olan vətəndaşlarda narahatlıq yaradıb. Onlar əmanətlərinin batacağından ehtiyat edirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, burada bankın bağlanmağından söhbət getmir.

Gələn il qiymətlər artacaq? – AÇIQLAMA Pravda.az

Onun sözlərinə görə, sadəcə bankın səhmlərinin bir hissəsi digər bank tərəfindən alınacaq: “Yəni digər bankın bu bank üzərində nəzarətinin formalaşmasından söhbət gedir. Bu da bağlanma prosesi deyil. Alqı-satqıdan sonra da fərdi şəkildə fəaliyyətlərini davam etdirəcəklər və qısa müddətdə birləşmə prosesi bitməyəcək. Bu bağlanma deyil, birləşmə prosesidir. Ona görə də “Access Bank”ın bütün öhdəlikləri yeni banka keçəcək. Amma öhdəlikləri, aktivləri də adi qaydada, əvvəllər hansı qaydada həyata keçirdisə, eyni ilə də davam edəcək. Öhdəliklərin xarakterində heç bir dəyişiklik baş verməyəcək. “Bank Respublika” sağlam bankdır. Ona görə də narahat olmağa heç bir əsas yoxdur”.

 

İqtisadçı vurğulayıb ki, ümumiyyətlə 100 000 manata qədər olan əmanətlərə dövlət təminat verir: “Hətta bank bağlansa belə dövlət vətəndaşın pulunu qaytarır. Bankın bağlanması isə gündəlikdə deyil. Bir bankın digər bankın səhmlərini alması prosesidir. Bu da qısamüddətli deyil. Hələlik də banklar ayrı-ayrı fəaliyyət göstərəcəklər. Gələcəkdə birləşmə prosesi təbii ki, baş tutacaq, amma öhdəlik və aktivlər yeni banka keçəcək, müqavilə şərtlərində nəzərdə tutulan öhdəliklər alıcı bank tərəfindən icra ediləcək”.

 

Şəhanə Qədirli

Tarix: 14 Sentyabr 2026, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin