BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı metrosunda qatarların hərəkətindəki problem aradan qaldırılıb - YENİLƏNİB

Bakı metropoliteninin Qırmızı xətti üzrə qatarların hərəkəti qrafik üzrə intervallara uyğun təmin olunub.

 

Parvda.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

 

***

08:31

 

Bakı metrosunda qatarların hərəkətində gecikmə baş verib.

 

Pravda.az bildirir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.

 

Qeyd olunub ki, artıq 15 dəqiqədir ki, qatarlar "Koroğlu" stansiyası ilə "Ulduz" stansiyası arasında dayanıb.

 

"Deyirlər ki, qarşıda nəsə problem var. Qatarda kondisioner də yoxdur. Nəfəs almaq olmur", - deyə məlumatda bildirilib.

 

Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən fakt təsdiqlənib.

 

"Problem qırmızı xətdədir. Yaxın zamanda xəbər veriləcək", - deyə QSC-dən vurğulanıb.

Tarix: 14 Sentyabr 2026, 10:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin